Jurnalist ölkədən çıxışına qoyulan qadağanın götürülməsini istəyir.
İyulun 14-də Bakı Apellyasiya Məhkəməsi jurnalist Aytac Əhmədovanın ölkədən çıxışına qoyulan qadağadan verilən şikayəti təmin etməyib və Nəsimi rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb.
MilliYol.Az xəbər verir ki, bu barədə məlumatı jurnalistin vəkili Zibeydə Sadıqova verib.
Vəkil bildirib ki, Nəsimi rayon Məhkəməsi ümumiyyətlə, şikayəti icraata qəbul etməkdən imtina edib.
Aytac Əhmədovanın ölkədən çıxışına qoyulan qadağa Meydan TV-yə qarşı başlanmış cinayət işi ilə əlaqədardır.
MilliYol.Az
Digər xəbərlər
loading...