İranın baş prokuroru Muhammed Cafer Muntazeri ölkədə baş verən aksiyalarla bağlı açıqlamasında Səudiyyə Ərəbistanını günahlandırıb
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, o, küçəyə çıxanları Ərəbistan dollarlarının təşviq etdiyini bildirib.
İranın dini lideri Ayətullah Əli Xamneyi kimi açıqlamasında xarici qüvvələrin rolu olduğuna işarə edən Muntazeri hadisələrin arxasında CIA və MOSSAD-ın olduğunu deyib: "Səudiyyə Ərəbistanının dollarlarıyla İranın xaosa sürüklənməsini istəyirlər".
Qeyd edək ki, Hasan Ruhani aksiya iştirakçılarını "vandal" adlandırıb. Ölkənin dini lideri Xamneyi isə açıqlamasında düşmənlərin pul, silah köməyi ilə ölkədə üsyan çıxardığını bildirib.
Aksiyalar zamanı ölüm sayı 29-a çatıb, 500-dən çox adam isə həbs olunub.
Digər xəbərlər
loading...