17 yaşadək futbolçular arasında Avropa çempionatı davam edir. "Milli Yol" xəbər verir ki, bu gün qrup mərhələsində son tura start verilib.
Milli komandamız sonuncu pillədə qərarlaşmış Şotlandiyanı sınağa çəkib. İlk oyunda Portuqaliya qarşısında darmadağın olan (0:5), daha sonra isə Belçika yığması ilə qollu bərabərliyə (1:1) razılaşan millimiz bu oyunadək kağız üzərində şanslarını saxlayırdı. Düzdü, bunun üçün möcüzə gerçəkləşməli idi. Belə ki, Təbriz Həsənovun yetirmələri Şotlandiyanı ən az 5:0 hesabı ilə məğlub etməli, Portuqaliya isə Belçikanın qapısından ən az 3 cavabsız qol keçirməlidi.
Lakin bu baş verməyib. Belə ki, yığmamız Fərid Nəbiyevin 79-cu dəqiqədə vurduğu qolla qələbə qazanıb. Portuqaliya isə Belçika ilə "sülh"ə razılaşıb - 0:0. Bununla da 4 xal toplayan millimiz üçüncü pilləni tutaran Avropa çempionatındakı çıxışını erkən başa vurub.
Qeyd edək ki, bu gün turnirdə daha iki oyun keçiriləcək. B qrupunda Ukrayna Bosniya və Hersoqovinanı, Almaniya Avstriyanı sınağa çəkəcək. Oyunlar saat 19.15-də start götürəcək.
"Milli Yol"
Digər xəbərlər
loading...