Ötən il Suriyada işgəncələr, döyüşlər və hücumlar nəticəsində 10204 dinc sakin həlak olub
“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Suriyanın Hüquq Müdafiə Təşkilatının (SNHR) məruzəsində bildirilir.
Qeyd edilir ki, ölənlərdən 2298-i uşaqlar, 1536 nəfəri qadınlardır.
Ötən il 4148 dinc sakin Bəşşar Əsəd rejiminin qurbanı olub. Onlardan 591 nəfəri qadınlar, 754-ü uşaqlardır. Daha 316 dinc sakin Terrorçu PKK-nın Suriya qolu olan PYD-nin qurbanlarına çevrilib. Onlar arasında 54 qadın, 58 uşaq da var.
Məruzədə qeyd edilir ki, 2017-ci ildə İŞİD-in zorakılıqları nəticəsində 1421 dins sakin həlak olub. Onlardan 148-i qadınlar, 281 nəfəri uşaqlardır.
Digər xəbərlər
loading...