Türkiyənin xarici ticarət kəsiri dekabr ayında 9,57 mlrd. dollar təşkil edib
"Report" Türkiyə Gömrük və Ticarət Nazirliyinin məlumatına istinadən xəbər verir ki, dekabr ayında ixrac illik müqayisədə 8,6% artaraq 13,9 mlrd. dollar, idxal isə 27,7% artaraq 23,5 mlrd. dollar təşkil edib. Beləliklə dekabr ayında xarici ticarət kəsiri illik müqayisədə 71,4% artım göstərib.
Məlumatda həmçinin bildirilib ki, xarici ticarət kəsiri 2017-ci ildə 2016-cı illə müqayisədə 37,5% artaraq 77,1 mlrd. dollara bərabər olub.
"Report"un analitik qrupu bildirir ki, xarici ticarət balansında kəsirin artması Türkiyədə lirənin ucuzlaşmasına gətirib çıxaracaq. Lirənin ucuzlaşması əsasən qlobal böhran hallarında daha da kəskinləşəcək.
Digər xəbərlər
loading...