Ötən gün axşam saatlarında Neftçala rayonunun Xəzərkənd kəndində bıçaqlanma hadisəsi baş verib
Kənd sakini, 22 yaşlı Aysel Həmidova ağır bıçaq xəsarətləri ilə Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Yaralının vəziyyəti ağır olduğundan hazırda onun üzərində cərrahiyyə əməliyyatı aparılır.
Gənc qadının 23 yaşlı həyat yoldaşı Emin Tapdıq oğlu Əliyev hadisəni törətməkdə şübhəli bilindiyi üçün polis tərəfindən saxlanılıb.
Hadisənin qısqanclıq zəminində baş verdiyi deyilir.
Faktla bağlı araşdırmalara başlanılıb. (virtualaz.org)
Digər xəbərlər
loading...