Şəmkir rayon sakini odlu silahdan açılan atəş nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilib
APA-nın qərb bürosunun xəbərinə görə, rayonun Alabaşlı kənd sakini, 1995-ci il təvəllüdlü Aslanov Cəfa Cəlalət oğlu sağ budun yuxarı hissəsinin üçdə birinin odlu silah yarası ilə xəstəxanaya yerləşdirilib.
Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.
İlkin məlumata görə, C.Aslanov ehtiyatsızlıqdan odlu silahdan atəş açaraq, özü-özünə xəsarət yetirib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Digər xəbərlər
loading...