İrandan həyəcanlı xəbərlər gəlməkdədir
Strateq.az xarici nəşrə istinadən xəbər verir ki, ölkənin şimali-qərbindəki Xurəmdareh, Sənəndəc və Kirmanşah şəhərlərində iğtişaşlar davam edir.
İran daxili işlər nazirinin nümayişçilərə qarşı sərt tədbirlər görüləcəyi haqda xəbərdarlığı təsir doğurmayıb. Nümayişlər nəinki bütün şəhərləri bürüyür, getdikcə daha radikal tələblər irəli sürülür. Tehranda tələbələr “Rədd olsun dini rəhbərlik!” şüarı səsləndiriblər.
Qərb KİV-lərinin yazdığına görə, ordu nümayişçilərə atəş açmaqdan imtina edib, tanınmış general Qasım Süleymani təcili İrana qayıdıb və guya ali dini lider Əli Xamanei Tehranı tərk edib.
Kənar müşahidəçilərin fikrincə, İranda hadisələr bu cür sürətlə temp qazanarsa, real daxili savaş qaçılmaz olacaq.
MilliYol.Az
Digər xəbərlər
loading...