Dekabrın 21-də Daxili İşlər Nazirliyinin (DİN) Dəmir Yolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı daxil olan məlumat böyük panikaya səbəb oldu
Xoşbəxtlikdən Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının keçirdiyi birgə əməliyyat nəticəsində, xüsusi təlim keçmiş itlər tətbiq olunmaqla, təxminən 10 000 kv.m sahədə aparılan axtarışlar zamanı heç bir partlayıcı qurğu və şübhəli əşya aşkar edilmədi. Amma naməlum şəxsin zəngi, ağıllara “Birdən bu xəbər doğru olsaydı” sualını gətirdi...
Bu məqamda “Bakı Vağzalı”nın təhlükəsizlik məsələsi aktuallıq qazanır. Xüsusilə sərnişinlərin daha sıx olduğu bayram günlərində, vətəndaşlar əllərində böyük çemodanlar, zənbillərlə heç bir yoxlamadan keçmədən vaqonlara daxil olurlar... Bu isə onlardan kimlərinsə “canlı bomba” olma ehtimalını yüksəldir.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc Modern.az-a məsələnin aktual olduğunu vurğulayıb:
“Son illər dünyada terror təhlükəsinin artması fonunda əhalinin kütləvi toplaşdığı məkanlar, təhsil, səhiyyə ocaqları müşahidə qurğuları ilə, təhlükəli silahları deşifrə edən xüsusi avadanlıqlarla problemlərin önünə keçməyə çalışırlar. Cəmi bircə dəfə İsraildə olanlar bilirlər ki, bu ölkə uzun illər yaşadığı problemlər fonunda qeyd etdiyiniz ictimai-siyasi həyatın ayrılmaz hissələri olan bütün sektorlarda, təhlükəsizliyin son dərəcə mütərəqqi modellərini tətbiq edirlər. Nəticə etibarilə adi nəqliyyat vasitəsindən tutmuş metro, qatar, təyyarə, şəxsi nəqliyyat vasitələri və s.də insanların özünün məlumatı olmadığı halda müşahidə sistemlərinin altından keçdiyinin şahidi oluruq. Mən çox arzulayıram ki, bizdə nəqliyyatda intellektual idarəçilik qurmaq istədikləri halda sonradan problemlər yaşayanlar bu məqamları da nəzərə alsınlar”.
Z.Oruv deyib ki, yaxın gələəckdə ölkənin əsas nəqliyyat vasitələrində təhlükəsizlik sisteminin təminatı üçün mühüm dövlət proqramı hazırlanacaq:
“Hətta mümkündür ki, təhlükəsizlik funksiyasını ayrıca bir qurum da yerinə yetirsin. Son illər “Bakı Vağzalı”, “Azərbaycan Dəmir Yolları” nəqliyyat sistemində mühüm yer tutmağa başlayıb. Çox açıq söyləmək lazımdır ki, həmkarım Caid Qurbanovun bu quruma sədr təyin olunması fonunda ölkə başçısının tapşırığı ilə qitələrarası miqyasda geniş işlər görülüb. Nəticə etibarilə Bakı vasitəsilə, Azərbaycan üzərindən hər bir cinaha - istər şimala, istər cənuba, istər qərbə, istər şərqə gedən yollar meydana çıxıb. Hər işdə təhlükəsizlik məsələsi öndədir. Baş verə biləcək hər hansı bir hadisə insanlarda panika və qorxu yaradır, investorları qaçırır. Bu mənada Cavid Qurbanovun dilindən, baxışlarından, qeyd etdiyiniz istiqamətdə təkliflərin, planların var olmasından məlumatlıyıq. Təcrübəli və kifayət qədər səriştəli bir insan kimi o da bu problemlər barədə düşünür. İnanıram ki, sırf təhlükəsizliklə bağlı məsələdə müvafiq addımlar atmağa hazırlaşır. Ümidvaram ki, gələcəkdə vağzalda əsas giriş məntəqələrində xüsusi avadnlıqların yerləşdirilməsilə, insanlara heç bir maneə, bürokratik sədd yaratmadan bu işi həll etmək mümkün olacaq”.
Digər xəbərlər
loading...