Polis dünən axşam Moskvada Qırmızı meydanın yaxınlığında atəş açaraq iki nəfəri yaralamaqda şübhəli bilinən şəxsi saxlayıb
Virtualaz.org bildirir ki, bu barədə “İnterfaks” Rusiya Daxili İşlər Nazirliyi Moskva Şəhər Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər yayıb.
Polis onu gecə yerli vaxtla saat 5:40-da Novorijsk şosesinin 40-cı kilometrində saxlayıb. Sükan arxasında olan 26 yaşlı həmin şəxs saxlanılarkən özünə xəsarət yetirib. Polis əməkdaşları yardım göstərilməsi üçün onu həkimlərin nəzarətinə veriblər.
Fakt üzrə yoxlama aparılır.
Digər xəbərlər
loading...