Bu il yol-nəqliyyat hadisələrində xəsarət alanların sayı 3 faiz artıb
Bunu Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Cəlilov deyib.
O qeyd edib ki, 2017-ci il ərzində stansiyanın nəzdindəki 12 regional məntəqə və konsultativ bölmənin 2590 nəfərə xidmət göstərdiyini diqqətə çatdırıb: "Məntəqələrdə yol-nəqliyyat və digər fövqəladə hallarla bağlı 1022 hadisə zamanı 1736 pasiyentə tibbi yardım göstərilib və onlardan 70 faizi hospitalizasiya olunub. Ötən illə müqayisədə hadisələrin sayında 7 faiz, xəsarət alanların sayında isə 3 faiz artım olsa da, letallıq 18 faiz azalıb".
M.Cəlilov sanaviasiya xətti ilə regionlarda aparılmış cərrahi əməliyyatların sayının ötən illə müqayisədə 4 dəfə artdığını (2016-cı ildə 9, 2017-ci ildə 36) deyib. Vurğulayıb ki, regionlarda müasir tibb ocaqlarının istifadəyə verilməsi xəstələrin artıq paytaxtda deyil, öz yaşadıqları yerdə əməliyyat olunmasına imkan verir".
Baş həkim il ərzində kritik vəziyyətdə olan 92 hamilə və zahıya 183 dəfə çağırış edildiyini də söyləyib: "Onlardan 32-nin Bakıya və digər rayonlara köçürülüb, 24 nəfərinə isə telesəhiyyə vasitəsilə məsləhət verib".
Digər xəbərlər
loading...