«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, sanksiyalardan yan keçməklə, Rusiyanın Koreya Xalq Demokratik Respublikasına (KXDR) neft satması barədə şübhələr irəli sürülür. Sübut kimi dəniz kəşfiyyatının və Rusiya gəmilərinin peykdən çəkilmiş şəkilləri göstərilir
Qaçaqmalçılıqla Rusiya gəmiləri məşğul olub. Daşımalar oktyabr və noyabr aylarında həyata keçirilib. Özəl mənbələrinə istinadla, bu barədə «Röyter» agentliyi məlumat verib.
Agentliyin digər mənbəyi isə bildirib ki, yanacaq Rusiya gəmilərindən Şimali Koreya gəmilərinə köçürülüb.
Amma Rusiya hakimiyyət dairələrinin bu əməliyyatlarda iştirakı barədə heç bir sübut yoxdur.
O cümlədən, satılmış yanacağın miqdarı barədə də məlumat verilmir.
Digər xəbərlər
loading...