Ağstafada Gəncə sakinin qətlə yetirilməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub
"Report"un Qərb bürosunun məlumatına görə, rayonun Xatai kəndində qətlə yetirilən Gəncə şəhər sakini, 1977-ci il təvəllüdlü Samir Fikrət oğlu Əliyev bıçaqlanaraq öldürülüb.
Belə ki, meyitin boğaz nahiyəsində bir, kürək nahiyəsində isə bir neçə bıçaq xəsarətləri olub. Qətlə yetirilmiş şəxsə məxsus olan "VAZ-2104" markalı avtomobil meyitin aşkar edilmiş yerdən təxminən 1,5 kilometr kənarda yandırılıb. Kənd sakinlərinin dediyinə görə, qətlə yetirilən şəxs "Embawood" fırmasında çalışır.
Hadisəni törədən şəxs və ya şəxslər qətli törətdikdən sonra ərazidən uzaqlaşmazdan əvvəl avtomobilin içərisində olan malları götürüb daha sonra maşını yandırıblar.
Qeyd edə ki, hadisə törədilən ərazi kəndin əkin sahələrinə yaxın olun və yaxınlıqda yaşayış yoxdur.
Hazırda hadisə ilə bağlı Ağsatafa rayon Prokurorluğunda 120.1 (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Digər xəbərlər
loading...