Xalq artisti Bilal Əliyevə ağır itki üz verib
AzNews.az xəbər verir ki, sənətkarın 44 yaşlı qardaşı Şöhrət Əliyev dünyasını dəyişib.
Bilal Əliyev məlumatı təsdiq edib: “Şöhrət çox sağlam idi, qəfildən beyninə qan sızdı. Bu gün onun 40 mərasimidir. Özüm bilərəkdən heç kəsə demədim, qışdır, soyuqdur, gəlib-getmək var, insanlara əziyyət verməyək. Hazırda Salyandayıq”.
Bilal Əliyev qeyd edib ki, bundan iki il əvvəl də daha bir qardaşı 44 yaşında dünyasını dəyişib: “Belə yazılıbmış, qardaşlarımın ikisi də 44 yaşında dünyasını dəyişdi”.
Digər xəbərlər
loading...