Bu gün Milli Məclisin (MM) payız sessiyasında son plenar iclası keçirilir
APA-nın məlumatına görə, iclasa spiker Oqtay Əsədov sədrlik edir.
İclasın gündəliyinə 19 məsələ daxildir. Bunların arasında “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclisin 2002-ci il 15 noyabr tarixli qərarına dəyişiklik, yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi, Azərbaycanla bir sıra ölkələr arasında imzalanan sənədlərin ratifikasiyası, Gömrük, Miqrasiya məcəllələrinə, “Turizm haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət qulluğu haqqında”, "Banklar haqqında" və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı Milli Məclisin müraciəti də var.
MilliYol.Az
Digər xəbərlər
loading...