Qırğız Respublikasının şimalında yerləşən Keget kəndində yüzə yaxın məktəbli və 4 müəllim dəm qazından zəhərlənib
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyi yayıb.
İnformasiyaya əsasən, Çuy vilayəti Kəget kəndində 7-8-ci sinif şagidrləri təhsil aldıqları məkətbin idman zalında diskoteka təşkil ediblər. Tədbir zamanı elektrik enerjisi kəsildiyindən generatorundan istifadə ediblər. Bu isə zalda dəm qazının yaranmasına səbəb olub. Zəhərlənən məktəblilərdən 6-sının vəziyəti ağırdır. Onlar reanimasiya şöbəsinə yerləşdiriliblər.
Çuy Ərazi xəstəxanasının direktoru Nurbek Abdraxmanov bildirib, hospitala 4-ü müəllim olmaqla 75 nəfər gətirilib.
MilliYol.Az
Digər xəbərlər
loading...