Milli Məclisin (MM) payız sessiyasında 2017-ci ildə keçiriləcək son plenar iclasının gündəliyində dəyişiklik edilib
APA-nın məlumatına görə, gündəliyə daha 2 məsələ əlavə olunub. Bununla da, gündəlikdəki məsələlərin sayı 19-a çatıb.
Əlavə olunan məsələlər “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Milli Məclisin 2002-ci il 15 noyabr tarixli Qərarına və "Banklar haqqında" qanuna dəyişikliklərdir.
Qeyd edək ki, gündəliyə eyni zamanda yenidən hazırlanan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsi üçüncü oxunuşda, Azərbaycanla bir sıra ölkələr arasında imzalanan sənədlərin ratifikasiyası, Gömrük, Miqrasiya məcəllələrinə, “Turizm haqqında”, “Yol hərəkəti haqqında”, “Dövlət qulluğu haqqında” və sair qanunlara dəyişikliklər, o cümlədən Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə bağlı Milli Məclisin müraciət də daxildir.
MilliYol.Az
Digər xəbərlər
loading...