İtkin düşən alpinistlərdən hələ ki, xəbər yoxdur
Fövqəladə Hallar Nazirliyi Tufandağda itkin düşənlərin axtarışına hazırlığı və təcrübəsi olmayan şəxslərin qoşulmasını təhlükəli sayır.
Qurumun yaratdığı Əməliyyat Qərargahı yaydığı məlumatda bildirir ki, itkin düşən gənclərin axtarışı mürəkkəb relyefi olan yüksək dağ massivində aparılır.
"Eləcə də meteoroloji şəraiti nəzərə alaraq xəbərdarlıq edirik ki, müvafiq geyim, rabitə vasitələri və digər xilasetmə ləvazimatları ilə təchiz olunmamış, həmçinin xüsusi hazırlıq keçməmiş şəxslərin həmin ərazilərə getməsi onların həyatı üçün təhlükəlidir".
Çərşənbə günü sosial şəbəkələrdə alpinistlərin axtarışı üçün könüllü dəstələrin yaradılması üçün müraciətlər yayılıb.
Bazar ertəsindən əlaqənin kəsildiyi alpinistlərin axtarışı hələ ki, müsbət nəticə verməyib.
Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzində Qərargah yaradılıb.
Nazirlik bildirib ki, axtarışa bu gün əlavə qüvvələr, o cümlədən, Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ-xilasetmə dəstəsi cəlb olunacaq.
Dekabrın 23-də Azərbaycanda Tufandağ ətrafına səfər edən 3 gənc itkin düşüb. Onlar "Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Namin Bünyatzadə, Babur Hüseynov və Fəridə Cəbrayılzadədir.
Tufandağda itkin düşənlərdən biri, Babur Hüseynov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşıdır (BBC).
MilliYol.Az
Digər xəbərlər
loading...