Ziya Məmmədovun müşavirinin qızıllarını oğurlamaqda ittiham edilən şəxs yenə intihara cəhd edib. O, bu dəfə özünü şüşə ilə doğrayıb
Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədov bir neçə gün əvvəl dərman içərək intihara cəhd etmişdi. O, müalicə aldığı xəstəxanada yenidən intihara cəhd edib.
Hadisə 1 saylı Kliniki Tibbi Mərkəzdə baş verib. R.Əhmədov xəstəxanada palata yoldaşının sistem şüşəsini sındıraraq, əl-qolunu və boyununu kəsib. Xəstəxanaya polis əməkdaşları çağılıb, R.Əhmədova tibbi yardım göstərilib.
Daha sonra R.Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatriya xəstəxanasına köçürülüb. O, hazırda həmin xəstəxanada müalicə alır.
Xatırladaq ki, bəraət alaraq azadlığa çıxan R.Əhmədovun barəsindəki hökmdən zərərçəkmiş tərəf apelyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə altı aydan bəri davam edən məhkəmə prosesi yekunlaşmaq üzrədir. Ötən məhkəmə iclasında dövlət ittihamçısı R.Əhmədov barəsindəki bəraət hökmünün ləğv olunmasını və onun 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Rövşən Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilib. O, Çingiz Baxşıyevə, qızları Fatimə İbrahimova ilə Sevil Baxşıyevaya ümumilikdə 800 min manat məbləğində maddi ziyan vurmaqda ittiham olunub.
İstintaqla müəyyən edilib ki, Rövşən Əhmədov ona etibar edilmiş külli miqdarda əmlakı talamaq məqsədilə 2015-ci il sentyabr ayının əvvəllərində qohumu Çingiz Baxşıyevin ona etibar etdiyi 695 min manat, qızları Fatimə İbrahimovanın 50 min manat, Sevil Baxşıyevanın isə 55 min manat dəyərində müxtəlif çeşiddə qızı-zinət əşyalarını, qızıl sikkələri, qızıl monetləri ələ keçirib.
Sabiq müşavir bu oğurluqda qohumu Rövşən Əhmədovu günahlandırıb və ondan hüquq-mühafizə orqanlarına şikayət edib. Bundan sonra R.Əhmədovu həbs ediblər.
MilliYol.Az
Digər xəbərlər
loading...