Dmitri Maryasis
“Al-Monitor” (ABŞ)
ABŞ prezidenti Donald Trampın Qüdsü İsrail paytaxtı kimi tanımaq qərarı təbii olaraq Yaxın Şərqə qarışıqlıq yaratdı, həmçinin bir sıra Qərb ölkələrində də ictimai fikri oyatdı. Rusiya da mövzudan kənarda qalmadı.
Bəyanat Rusiyanın müsəlman cəmiyyətindən güclü təpkiyə səbəb oldu və Trampın Qüdsə dair qərarı mediada müzakirələr doğurdu.
Moskva üçün ən mühüm olan iki məsələ var və ABŞ-ın qərarı Kremlin Fələstin-İsrail münaqişəsinin həllində oynadığı rolun dəyişməsinə gətirib çıxara bilər.
Rusiyada ekspert səviyyəsində münasibət budur ki, Trampın qərarı Moskvaya bu prosesə təsiri gücləndirmək üçün əlavə imkanlar verəcək. Amma Moskvanın tərəflər arasında sülh prosesində səylərini artırması barədə fikirləri fərqlidir. Bəzilərinin fikrincə, Rusiya əlverişli siyasi şərtlərdən istifadə etməlidir və Kreml tərəfindən idarə olunan həll prosesi canlandırılmalıdır. Digərləri hesab edir ki, Qüdsdə baş verən son proseslər izlənilməlidir və bu ekspertlər tərəflərin danışıqlara minimum səviyyədə hazır olduğu düşüncəsindədirlər.
BMT Təhlükəsizlik Şurası dekabrın 18-də Qüdsün statusunda birtərəfli dəyişməyə qarşı çıxan, Misirin hazırladığı qətnaməyə səs verib. Təhlükəsizlik Şurasının on dörd üzvü qərarın lehinə səs verib, ABŞ isə bu sənədə veto qoyub.
Bu nəticədən narazı qalan Təhlükəsizlik Şurası üzvləri dekabrın 21-də Baş Assambleyanın fövqəladə sessiyasını çağırıblar. Səsvermədə nəticələr gözlənilməz olub, 128 ölkə Trampın qərarını qətiyyətlə rədd edən qətnaməni dəstəkləyib.
Fələstin-İsrail münaqişəsində Rusiyanın rolunun perspektivlərini müzakirə edərkən, iki məqamın nəzərdən keçirilməsi vacibdir: Moskvanın hazırkı mövqeyi və mümkün variantlar.
Birinci aspektə gəlincə, ölkə rəhbərliyi bu gün Yaxın Şərqdəki mövqeyindən əmin və İsrail-Fələstin münaqişəsində daha fəal rol oynamağa hazırdır. Bu güvənin göstəricisi Moskva rəhbərliyi ilə birbaşa, ikitərəfli İsrail-Fələstin danışıqları ideyasıdır. Həmin ideya çoxdan müzakirə edilir, baxmayaraq ki, irəliləyiş azdır.
Rusiyanın Qüdsün statusuna dair mövqeyi dəyişməyib: Rusiya Şərqi Qüdsü gələcək ərəb dövlətinin paytaxtı və Qərb Qüdsü İsrail dövlətinin paytaxtı kimi qəbul etməyə hazırdır. Bu mövqedəki ana xətt budur ki, ilk dəfə rəsmi səviyyədə Rusiyanın yəhudi dövlətinin paytaxtı olaraq Qüdsün ən az hissəsini tanıya bilmə imkanları barədə danışılır. Həmin mövqe mövcud ABŞ administrasiyasına nisbətən daha balanslı və praqmatik görünür. Bu, Rusiyanın Yaxın Şərqdəki siyasətini əks etdirir. Həmin siyasət Rusiyanın Yaxın Şərq yayılan münaqişələrin həllində "dürüst vasitəçi " rolunu təmin etməyə imkan verən regional dövlətlərlə əlaqələrə əsaslanır.
İkinci aspekt isə yeni variantları nəzərə alaraq daha mürəkkəb görünür. Rusiyanın, ABŞ, Avropa İttifaqı və BMT-ni bir araya gətirən İsrail-Fələstin münaqişəsi üçün müzakirə formatı olan Yaxın Şərq üzrə kvartetlə – köhnə bir seçimlə münaqişədə diplomatik səylərini gücləndirəcəyi ağla az batır. Vasitəçiliyin bu forması effektiv deyil, ehtimal ki, tərəflərin özünün birbaşa səyləri ilə əlaqədar.
Bununla birlikdə, yeni üç variant müvəffəqiyyət üçün müxtəlif perspektivləri göstərir:
İlk seçim – israillilərin və fələstinlilərin Moskvanın himayəsi altında müzakirə masasına oturmağa məcbur etmək cəhdidir. Vaşinqton bu həssas məsələdə vasitəçi kimi açıq-aşkar uyğunsuzluğa düçar olub. Amma bu yanaşma maraqlı görünə bilər, çünki danışıqlar yalnız Rusiyanın Yaxın Şərqdəki nüfuzunu aydın şəkildə nümayiş etdirəcək.
Seçimin daha dərin araşdırılması, bəzi çatışmazlıqları ortaya qoyur. İsrail-Fələstin gərginliyinin həll edilməməsinə görə, həqiqətən, bu və ya əvvəlki ABŞ administrasiyaları məsuliyyət daşımır, çünki iki tərəfin münaqişəni həllini istəməsi və ya buna istəkli olub-olmadığı şübhə doğurur. Moskva ikitərəfli Fələstin-İsrail danışıqlarını rəsmi şəkildə təşkil edə bilsə belə, danışıqlar müzakirələrin məqbul və ya hətta aralıq bir uğur qazana biləcəyini inandırıcı səslənmir.
Cari siyasi mühit də tərəflərin danışıqlar masasına oturması üçün kifayət qədər təzyiq göstərmir. Son həftələrdə fələstinlilər Moskva və Pekinə yüksək səviyyəli nümayəndə heyətləri göndəriblər. Fələstin prezidenti Mahmud Abbasın da Rusiyaya səfər etməsi gözlənilir.
İkinci seçim "Suriya Birinci" strategiyasını işə sala bilərdi. Əgər Rusiya bu ərəb dövlətində siyasi normallaşma prosesini müvəffəqiyyətlə həyata keçirsə, orada əldə edilən təcrübə Moskvanın Fələstin-İsrail münaqişəsinin vasitəçiliyində daha effektiv olmasına imkan verərdi. Bölgədəki yeni siyasi reallıq bu uzadılmış münaqişəni həll etmək üçün yeni şərtlər yarada bilər. Bu seçimin problemi, Rusiyanın bu sahədə həqiqi hərbi uğuruna baxmayaraq, Suriyada siyasi transformasiyasının nə qədər uğurlu olacağından asılıdır. Çünki regionda və ondan xaricdə maraqlı tərəflərin bir-biri ilə əlaqələri ziddiyyətlidir.
Üçüncü seçimə gəlincə, Trampın Qüdsə dair qərarı ön və mərkəz məsələsini ortaya çıxarıb, lakin Moskva, əksinə, Qüds məsələsini həll etmək üçün təkliflərin beynəlmiləlləşdirilməsi üçün üçtərəfli qrup yaradır. Qrupa İsrail, Fələstin və Rusiyanı təmsil edən region ekspertləri daxil ola bilər. Ekspertlərdən ibarət qrup münaqişədə hər iki tərəfin maraqlarını əhatə edəcək həll yolunda bir neçə yanaşma ilə çıxış etməlidir. O yalnız ekspertlərdən ibarət olduğundan, mümkün qədər yaradıcı olmalı, siyasi məhdudiyyət hiss etməməlidir.
Bu vəziyyətdə bəzi yeni yanaşmanın inkişaf edə biləcəyinə şans var. Əgər bu baş verərsə, təklif siyasi müstəviyə gətirilə bilər. Əgər yoxdursa, siyasi risklər minimal olar və qrupun işi mütəxəssislərin əməkdaşlığı nəticəsində faydalı bir təcrübə olacaq.
Nəhayət, seçim nə olursa-olsun, Rusiya hər iki tərəflə yaxşı münasibətlərin inkişafında dayanıqlı olmağı bacaracaq və məsələnin həllində əhəmiyyətli, mərkəzi olmasa da, müəyyən rol oynaya biləcək. Bununla bərabər, o, ehtiyatlı siyasət aparmağa davam edəcək. Lakin vaxt keçdikcə, həll yolunun əldə edilə biləcəyinə ümid azalır.
MilliYol.Az
Digər xəbərlər
loading...