Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tədbirlər nəticəsində narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
DSX mətbuat mərkəzindən APA-ya bildirilib ki, Cəlilabad rayon Edişə kəndindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə İran vətəndaşları ilə əlbir olmuş cinayətkar dəstə tərəfindən külli miqdarda ağır tərkibli narkotik vasitələrin İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Əməliyyat zamanı Cəlilabad rayon sakini, 1991-ci il təvəllüdlü Alışov Aqil Həsən oğlu 1 kiloqram həşiş, 7 kiloqram 445 qram tiryək və 5 kiloqram 345 qram heroinilə saxlanılıb.
Cinayətkar dəstənin digər üzvləri sərhədçilərin qanuni tələblərini icra etmədən havanın qaranlıq və relyefin mürəkkəb olmasından istifadə edərək hadisə yerindən qaçmağa müvəffəq olublar.
Həmin şəxslərin yaxalanması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...