Bu il dekabrın 15-nə Türkiyədə istehlak kreditlərinin orta illik faiz dərəcəsi 17,9% təşkil edib
"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin Mərkəzi Bankı (TCMB) məlumat yayıb.
Məlumata görə, bu, sin 6 ilin maksimal həddidir. Faizlərin artmasına səbəb kimi ABŞ dollarının bahalaşmasına qarşı tədbirlər çərçivəsində TCMB-nin sərt monetar siyasətə keçməsi göstərilir. Belə ki, gec likvidlik pəncərəsi faizinin 0,5 faiz bəndi artırılması kredit faizlərinin 3,5% bəndi artmasına gətirib-çıxarıb. Nəticədə, nağd pul kreditlər illik 20%-ə, avtomobil kreditləri illik 15,2%-ə, ipoteka kreditləri isə illik 13,6%-ə qədər bahalaşıb.
Xatırladaq ki, Türkiyədə hazırda dolların məzənnəsi 3,82 lirə təşkil edir.
Digər xəbərlər
loading...