"Baxa bilmirəm. Razılaşma yolu ilə satıram"
Bu cümlə hər hansı bir əşya, avtomobil haqqında yazılmayıb. Təəccüblü olsa da, bu sözlər körpə uşağı satan şəxs tərəfindən yazılıb. Belə ki, ata öz övladını alış-veriş saytında 10 min manata satışa çıxarıb.
Musavat.com xəbər verir ki, Orxan adlı azərbaycanlı şəxs uşağa baxa bilmədiyini və bu səbəbdən körpəni satdığını yazıb: "Körpə oğlan uşağıdır, sağlamdır. Övladı olmayanlara verirəm, razılaşma yolu ilə".
Digər xəbərlər
loading...