Pekin öz dişlərini hamıya göstərməyə başlayıb
“Çinin kommunist rejimi özünün aqressiv “yumşaq siyasəti” ilə bir çox ölkələri ABŞ-la müttəfiqlikdən ayırmaq və onları Pekinin orbitinə çəkmək istəyir”
Belə bir fikir Fransanın “Le Figaro” qəzetində Siril Plüettin məqaləsində qələmə alınıb.
Müəllif ABŞ-ın başının Rusiyanın prezident seçkilərinə müdaxilə işlərinə qarışdığı bir vaxtda Çinin müxtəlif ölkələrdə siyasi qərarların qəbul olunmasına göstərdiyi təsir təhdidi ilə üz-üzə qaldığını vurğulayır.
“Avstraliyada bu yaxınlarda baş verən qalmaqal (avstraliyalı senator Sem Dastyarinin ölkədə Çin siyasətinin təbliğatı üçün pul alması faktının üstünün açılması nəzərdə tutulur-red.) Çinin “yumşaq gücdən” hansı dərəcədə intensiv surətdə istifadə etdyini göstərir. Bir çox ekspertlərr artıq bu siyasətin adını “qətiyyətli güc” olaraq dəyişdiriblər”, - məqalədə qeyd olunub.
Müəllif Çinin indi də Afrika, Latın Amerikası, Cənubi-Şərqi Asiya ölkələri, hətta ABŞ və Avropanı hədəfinə götürdüyünü bildirir.
“Çinin əsas məqsədi nüfuzunu daha da genişləndirərək öz avtoritar modelini yaymaqdır”, - Beynəlxalq münasibətlə şurasının eksperti Coşua Kerlanşik məqalədə rəyini bildirib.
Onun fikrincə, Pekin bununla hədəf altına aldığı ölkərin hökumətlərinin onun iqtisadi və diplomatik maraqlarını nəzərə alacağına, habelə insan hüquqlarına görə tənqid etməkdən çəkinəcəklərinə və ərazi iddialarından vaz keçəcəyinə ümid edir.
Yazıda bu strategiyanın şəxsən prezidentt Si Tzinpin tərəfindən yürüdüldüyü və bir çox dövlət idarələri tərəfindən icra edildiyi vurğulanır.
“Nəzarət altına almaq istənilən hədəflər (siyasətçilər, jurnalistlər, univeristet müəllimləri, alimlər, sahibkarlar) müəyyən edilən kimi onları müxtəlif pul vədləri ilə şirnikləndirmə siyasəti həyata keçirilir. Bundan sonra bu adamlar özlərini Pekinin ritorikasını müdafiə etmək üçün borclu hiss edirlər”.
Məqalədə Asiya nəhənginin hətta Amerika qitəsinə qədər yayıldığı bu cür metdotun ən çox Vaşinqtonu narahat etdiyi qeyd olunur.
“Çin hökumətinin siyasi qərarların alnmasını yönəltmək, pulla ələ almaq, özü üçün həssas mövzularla bağlı müzakirələri nəzarətə götürmək siyasəti hər yerdə hiss edilir və ABŞ üçün ciddi təhdid törədir”, - senator Marko Rubio dekabrın ortalarında qatıldığı bir siyasi toplantıda bəyan edib.
“Xüsusilə Çin hökumətinə yaxın şirkətlərin ABŞ-ın vacib srateji mərkəzlərinə, universitetlərinə səxavətlə xərclədikləri pullar diqqəti cəlb edir.
Pekin ABŞ Konqresində öz maraqlarının müdafiəsi üçün Vaşinqton və Nyu-Yorkda olduqca bahalı sayılan informasiya xidmətlərinin əməyindən yararlanır”, - Honk-Konq univeristetinin politoloqu Villi Lam məqalədə fikrini bildirib.
Bundan başqa, kommunist rejimi xaricdə fəaliyyət göstərən Çin biznesmenlərinin və təhsil alan çinli tələblərin hərəkətlərinə ciddi nəzarət edir və onları öz işinin müdafiəsi üçün səfərbər etməyi bacarır.
Məsələn, ABŞ-ın Merliend ştatında təhsil aan bir tələbə qız Çində söz azadlığının pozulması ilə bağlı söylədiyi fikirlərə görə öz icması tərəfindən elə təhqirlərə məruz qoyulub ki, qız diplom almaq mərasimində dəfəlrərlə acizanə üzr istəməli olub”, - Plüett bununla bağlı örmək gətirib.
MilliYol.Az
Digər xəbərlər
loading...