İsrailin baş naziri Benyamin Netanyahu Qvatamelanın öz səfirliyini Qüdsə köçürmə qərarının bir başlanğıc olduğunu, başqa ölkələrin də bu addımı atacaqlarını söyləyib
MilliYol.Az xarici mətbuata istinadən xəbər verir ki, bu yaxınlarda ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və Tel-Əvivdəki səfirliyin Qüdsə köçürmək qərarından sonra yaşanan siyasi gərginlik, BMT Baş Assambleyasında gerçəkləşən səsvermədən sonra daha böyüyür.
Xatırladaq ki, Donald Trampın Tel-Əvivdəki ABŞ səfirliyinin Qüdsə daşınaması qərarından sonra BMT Baş Assambleyasında qəbul olunan qətnamədə ABŞ prezidentinin bu qərarı pislənmiş və Türkiyənin təqdim etdiyi qətnamə 128 ölkə tərəfindən dəstəklənmişdi. Buna baxmayaraq Ağ Ev ABŞ səfirliyinin Qüdsə köçürmək qərarından vaz keçməyəcəyini bildirib.
Ötən həftə isə Qvatemela prezidenti Cimi Morales ölkəsinin Tel-Əvivdəki səfirliyini Qüdsə köçürüləcəyini bildirib.
Qvatemela prezidentinin bu qərarını alqışlayan İsrailin baş naziri Benyamin Netenyahu isə açıqlama yayaraq başqa ölkələrin də tezliklə bu addımı atacaqlarını bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...