2017-ci ildə velosiped və bodibildinq üzrə hərəyə 3, həndbol və atletika üzrə hərəyə 2, ağırlıqqaldırma üzrə 1 dopinq-test müsbət nəticə verib
“Report” xəbər verir ki, bunu Azərbaycan Milli Anti-Dopinq Agentliyinin direktoru Şəfəq Hüseynli ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
Onun sözlərinə görə, müsbət nəticələrdən əlavə, yoxlamalar zamanı bodibildinqdə şübhəli - atipik nəticə halına rast gəlinib.
Anti-dopinq qaydalarına əsasən, yalnız müsbət nəticə pozuntu deyil. İl ərzində qadağan olunmuş maddənin istifadəsi halları 1 dəfə, dopinq nəzarətindən imtina 2 dəfə, könüllü şəkildə etiraf 1 dəfə, məkan məlumatları pozuntusu halları isə 8 dəfə baş verib.
9 idmançıda anabolik vasitələr, 3-də hormon və metabolik modulyatorlar, 2-də diuretiklər və gizlədici maddələr, 2-də simulyantlar, 1-də isə narkotiklər aşkarlanıb. Daha 1 idmançıda isə müxtəlif steroid üzə çıxıb.
MilliYol.Az
Digər xəbərlər
loading...