BBC -Türkiyə
2017-ci il Türkiyə xarici siyasəti üçün aktiv və hərəkətli bir il oldu. Konstitusiya dəyişikliyinə dair 16 aprel referendumundan əvvəl Avropa Birliyi (AB) ölkələri ilə gərginlik artarkən ABŞ-la əlaqələr iki ölkənin bir-birinə turist vizası verməyi çətinləşdirməsinə qədər pisləşdi.
Buna qarşılıq olaraq Türkiyə Rusiya ilə əlaqələrini inkişaf etdirib və Orta Şərqdə yeni addımlar atıb.
2017-ci ildə Türkiyənin xarici siyasətini 4 ana başlıqda qruplaşdırmaq mümkündür:
1)ABŞ
2)Avropa Birliyi
3)Rusiya
4)Orta Şərq
ABŞ-la əlaqələr:
Yanvarın 20-də Donald Tramp ABŞ prezidenti olaraq vəzifəyə başlayanda Ankara 15 iyul 2016-cı ildə baş verən uğursuz hərbi çevrilişdən sonra həddindən artıq pisləşən Türkiyə-ABŞ münasibətlərinin normallaşmasına və problemlərin çözüləcəyinə ümid edirdi. Bu, Türkiyənin baş naziri Binəli Yıldırımın Trampın vəzifələrinin icrasına başladığı gün verdiyi açıqlamada da hiss olunurdu. Binəli Yıldırım Ankaranın gözləntilərini aşağıdakı kimi qeyd etmişdi: “Fətullah Gülən Türkiyəyə təhvil veriləcək, YPG-ya silah göndərilməsi durdurulacaq və Türkiyədə son zamanlar ABŞ-la bağlı yormalaşan mənf rəyin düzəldilməsi üçün Vaşinqton müvafiq addımlar atacaq”.
Prezident Rəcəb Tayyib Ərdoğanla Tramp arasında ilk təmas fevralın 8-də telefon danışığı vasitəsi ilə baş tutdu. Bu telefon təmasından bir gün sonra MKİ-nin rəhbəri Mayk Pompeyo Ankaraya gəldi və Türkiyə rəhbərliyi ilə görüşdü. MKİ-nin rəhbərinin Ankaraya səfəri belə bir təəssürat yaratdı ki, Tramp Adminstrasiyası Ankara ilə bütün sahələr üzrə sıx əməkdaşlıq etməyə hazırdır.
17 mayda da Ağ Evdə Ərdoğan və Tramp ilk dəfə görüşdülər və görüşdən sonra baş tutan mətbuat konfransında Tramp, “Bu gün ABŞ və Türkiyə heç olmadıqları qədər yaxındılar”, ifadəsini işlətdi. Lakin Ərdoğanın mühafizəçiləri ilə Türkiyə prezidentinin ABŞ səfərinə qarşı etiraz edən kürdlər arasında çıxan dava görüşə kölgə saldı və bu qalmaqal sonucda Ərdoğanın mühafizəçilərinə qarşı ABŞ-da məhkəmə prosesinin başladılması ilə nəticələndi. Buna baxmayaraq, Tramp və Ərdoğan arasında daha bir neçə görüş keçirildi. Çünki Ankara iki ölkə arasında buzların əriyəcəyinə hələ də ümid edirdi.
İki ölkə liderlərinin təmaslarından sonra verdikləri müsbət bəyanatlara baxmayaraq, Ərdoğanın Trampla ilk görüşündən sonra aydın oldu ki, ABŞ və Türkiyənin regiona baxışlarında çox ciddi mübahisəli məsələlər var. Və bir müddət sonra bu mühahisələr iki ölkə arasında əməkdaşlığı kritik səviyyəyə qədər çatdırdı.
Vaşinqtondan YPG-ya dəstək
Tərəflər arasında münasibətlərin gərginləşməsi ilk olaraq, Trampın Ərdoğanın İŞİD-in özünə paytaxt elan etdiyi Rakkanı Türkiyə-ABŞ gücləri ilə azad etmək təklifini geri çevirməsi ilə tətikləndi. Vaşinqton Rakkanı İŞİD-dən Türkiyə ilə deyil, Ankaranın terror təşkilatı olaraq gördüyü YPG ilə azad etməyə üstünlük verdi və bu da təbii olaraq Türkiyənin səbr kasasını daşırdı. ABŞ-ın YPG-ya ağır silahlar verməsi isə Türkiyənin açıq hiddətinə səbəb oldu. Buna baxmayaraq Rakkanın İŞİD-dən azad olunmasından sonra da ABŞ YPG-ya silah göndərməkdə davam etdi.
Rusiyadan S-400-lərin alınması Vaşinqtonu narahat etdi
ABŞ Suriyanın şimalında kürdləri silahlandırdığı zaman Türkiyə də Rusiyadan S-400 havadan müdafiə sistemini almaq niyyətini açıqladı və ABŞ bundan duyduğu narahatlığı gizlətmədi. Dövlət Departamenti və Pentaqondan verilən bəyanatlarda Türkiyənin bu addımı “narahatlıq verici” addım olaraq qiymətləndirildi.
Gülən problemi
ABŞ-ın Ankaranın hərbi çevrilişdə ittiham etdiyi Fətullah Güləni Türkiyəyə verməyəcəyi aydın olduqdan sonra Ərdoğan Gülənin təşkilatında yer almaları ittihamı ilə ABŞ səfirliyində çalışan bəzi türk əsilli diplomatları həbs etdirdi. Bunun üzərinə ABŞ Türkiyə vətəndaşlarına viza verilməsini durdurdu. Cari ilin dekabrında ABŞ səfirliyndən verilən açıqlamada bildirilir ki, Türkiyə vətəndaşlarına viza verilməsi ancaq 2019-cu ilin fevral ayında normal halına dönəcək.
Türkiyədə həbs olunan keşiş Brunson
Türkiyədə həbsdə olan amerikalı din adamı Endryu Brunsonun ABŞ-a təhvil verilməsi ilə bağlı Vaşinqtonun müraciətinə Ankara rədd cavabı verdi. Ərdoğan bu məsələ ilə bağlı çox qəti cavab verdi: “Sizdə də bir dənə keşiş var. Ver keşişi, al keşişi”.
Zərrab məhkəməsi
Noyabrın sonlarında Nyu-Yorkda başlayan “Rza Zərrab məhkəməsi” iki ölkə arasındakı gərginliyin ən üst səviyyəyə çıxmasına səbəb oldu. Baş nazir Binəli Yıldırım İranlı iş adamının üzərində keçirilən məhkəməni siyasi xarakterli elan etdi və bildirdi ki, bu məhkəmə Türkiyəyə təzyiq edilməsi üçün qurulub: “Bu məhkəmə hüquqi olmaqdan çıxıb, tamamilə siyasi bir şəkil alıb. Məqsəd Türkiyəni sıxıştırmaq, Türkiyə iqtisadiyyatını zəiflətməkdir”.
MakMaster Türkiyə və Qətəri terroru maliyyələşdirməkdə ittiham edir
ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri Herbert Raymon MakMaster dekabr ayının əvvəlində ABŞ mətbuatında Türkiyə və Qətəri terorbulara sponsorluq etməkdə günahlandırdı. ABŞ prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşaviri ittihamında “Türkiyə və Qətər radikal ideologiyaların yeni sponsorlarıdır”, ifadəsini işlətdi.
MakMaster daha sonra Anadolu Agentliyinə “Prezident Donald Tramp kimi mən də Türkiyə ilə ABŞ arasındakı güclü ittifaqa möhkəm bir şəkildə inanıram”, desə də, Türkiyə xarici İşlər Nazirliyi, onun sözlərini “heyrət verici, əsassız və qəbul edilə bilməz”, olaraq qiymətləndirdi.
Trampın Qüds qərarı
2017-ci ilin sonunda iki ölkə arasındakı gərginliyin son halqası Trampın İsrail səfirliyini Tel-Əvivdən Qüdsə daşıması qərarı oldu. Qərar Türkiyədə kütləvi etirazlara gətirib çıxararkən prezident Ərdoğan Trampa belə səsləndi: “Ey Tramp, bu cür bir səlahiyyətiniz varmı? Niyə 1980-ci ildə alınan qərara itaət etmirsiniz? Əmlakmı alıb satırsınız?”
Avropa Birliyi ilə əlaqələr
Türkiyənin son illərdə AB üzvləriylə tıxanan əlaqələri 2017-ci il referendumundan əvvəl ən kritik dövrlərindən birini yaşadı. Ailə və Sosial Siyasət naziri Fatma Betül Sayan Kayanın HollandiyadaTürkiyədəki referendumla bağlı təbliğat mitinqinə icazə verilməməsi və nazirin təyyarəsinin eniş icazəsinin Hollandiya höküməti tərəfindən ləğv edilməsi Avropa Birliyi ölkələri ilə Türkiyə arasında yeni siyasi böhranın yaşanmasına səbəb oldu. Hollandiyaya quru yolla girən Türkiyəli nazirin maşını əvvəl polislər tərəfindən sərhəddə saxlanıldı, daha sonra Rotterdamda nazirin Türkiyə səfirliyinə girişinə maneçilik törədildi. Hollandiya höküməti Fatma Betül Sayan Kayanı “persona-non-qrata” elan etdi.
Buna cavab olaraq Türkiyədəki etirazlarda Hollandiya malları boykot edildi. Ərdoğan baş verənlərə görə Almaniya kansleri Anqela Merkeli günahlandırdı və Türkiyədə Fətullah Gülən təşkilatına üzv olmaları ilə bağlı Almaniya vətəndaşları həbs olundu. Almaniyanın onları sərbəst buraxmaq barədə çağırışları isə cavabsız qaldı.
Rusiya ilə əlqələr:
Türkiyənin Qərb ölkələri ilə münasibətlərinin korlandığı bir zamanda Ankara Rusiya ilə əlaqələrini genişləndirdi.
2015-ci ildə Türkiyənin rus hərbi təyyarəsini vurandan sonra iki dövlət arasında kritik həddə çatan əlaqələr Ərdoğanın Rusiyadan üzr istəməsi ilə yumşaldı. 2017-də iki ölkə arasındakı ticarət həcmi əvvəlki ilə görə 30 faiz artarkən, Türkiyəyə gələn rus turist sayı isə ilin ilk 10 ayında 2016-cı illə müqayisədə 50 faiz artdı. Rusiya təyyarəsinin vurulmasının ardından Türkiyədən idxal edilən mallara Kremlin qoyduğu embarqolardan sonuncusu olan pomidor idxalı qadağası da bu il qaldırıldı.
İki ölkə arasında əlaqələrin yaxşılaşması Yaxın Şərq məsələsində də özünü göstərdi. Rusiya və Türkiyə İranla birlikdə, Qazaxıstanın Astana şəhərində Suriya hökumətini və müxalifətini bir araya gətirməklə Suriya probleminin həlli üçün danışıqlara start verildi. Astana danışıqları istər Türkiyə, istər İran, istərsə də Rusiyanın Suriyadakı mövqelərini bir xeyli gücləndirdi.
Aylara göre Rus turist sayısı
Buna baxmayaraq Rusiya ilə Türkiyə arasında münasibətləri heç də mükəmməl adlandırmaq mümkün deyil.
Suriya
Suriyada Rusiyanın yardımı ilə 2016-cı ilin dekabr ayında Bəşər Əsədə bağlı hökümət qüvvələrinin Hələbi azad etməsi Suriya müxalifətinə ciddi itki oldu. Suriya müxalifəti 2017-ci ildə əvvəlkindən daha zəif girdi. Türkiyənin 2016-cı ildə Suriyanın şimalında başlatdığı “Firat Qalxanı” əməliyyatını 2017-ci ildə də davam etdirdi. Mart aynın sonlarından Türkiyə ordusu və Ankaranın dəstəklədiyi müxalif “Azad Suriya Ordusu” Hələbin şimal-qərbində yerşən Əl-Bab şəhərini İŞİD-ddən azad etdi. Əməliyyatda 67 türk əsgər və 600 “Azad Suriya Ordusu” döyüşçüsünün həyatını itirdiyi və 3000 İSİD yaraqlısının öldürüldüyü açıqlandı.
2017-ci ildə başlayan Astana danışıqları çərçivəsində Türkiyə, Suriyada neytral zonaların yaradılmasını dəstəklədi.
İraq
2017-ci ildə Türkiyə, digər cənub qonşusu İraqla əlaqələrində də hərəkətli bir il keçirdi. Türkiyənin və bölgə dövlətlərinin etirazlarına baxmayaraq ABŞ və İsraildən dəstək alan Məsud Bərzaninin rəhbərliyi altında Şimali İraq Kürd Muxtariyyatında Kürdüstan dövlətinin yaradılması ilə bağlı cəhdlərinə 25 sentyabrda referendum keçirildi. Bərzaninin bu addımı Ərdoğan tərəfindən şiddətli təqibə məruz qaldı və Ankaranı Bağdada yaxınlaşdırdı. İranın da verdiyi dəstəklə İraq ordusu neftlə zəngin olan Kərkük şəhərini kürdlərdən geri aldı və bundan sonra Bərzani referendumun nəticələrindən imtina etdi.
Qətər
Türkiyə 2017-ci ildə Yaxın Şərqdə Səudiyyə Ərəbistanı və Misir kimi ölkələrin siyasi-iqtisadi blokadasına məruz qalan Qətərə dəstək oldu. Səudiyyə Ərəbistanının Qətərlə quru sərhədini bağlamasından sonra ölkənin qida ehtiyacı Türkiyədən idxal edilən məhsullarla qarşılanmağa başlandı. Beləliklə Türkiyənin Qətərə ixracatı əvvəlki ilə nisbətən 20 faiz artdı.
İsrail
Türkiyənin İsrail ilə əlaqələrində 2016-ci ilin ortalarında başlayan normallaşma prosesi, iki ölkənin də 2016 sonunda hər iki ölkədə səfirliklərin bərpa olunması ilə nəticələnmişdi. Lakin İsrail ilə əlaqələr 2017-ci ildə isə Trampın Qüdsü İsrail dövlətinin paytaxtı olaraq tanımasından sonra pisləşdi.
Ama buna baxmayaraq iqtisadi əlaqələrdə bir artım oldu.Türkiyənin İsrailə ixracatı əvvəlki ilə nisbətən 10 faiz artdı.
Tərcümə: Ağahüseyn AĞABƏYLİ
MilliYol.Az
Digər xəbərlər
loading...