“Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə övladlığa verilməsi çox vacib məsələdir. Bu sahədə çox ciddi iş aparılır. Ölkələrarası övladlığa götürmə ilə bağlı akkreditasiya qaydaları təsdiqlənib və hər bir əcnəbi vətəndaş bu qaydalara hörmətlə yanaşmalıdır”
APA-nın xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Dövlət Komitəsinin ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.
H. Hüseynova bir müddət əvvəl ABŞ vətəndaşlarına Azərbaycan vətəndaşı olan uşaqların övladlığa verilməməsinin səbəbini də açıqlayıb: “Çünki ABŞ Uşaq Hüquqları Konvensiyasına qoşulmamışdı. Uşaqlar bir ştatdan digər ştata köçərkən onlar haqda məlumat əldə etmək çətin idi. Artıq ABŞ səfirliyinin vasitəsilə məlumatlar əldə etmək mümkündür. Eyni zamanda xarici ölkələrdəki səfirliklərimizdə konsulluq şöbələri fəaliyyət göstərir. Azərbaycan vətəndaşı olan uşaqların taleyi barədə konsullardan mütəmadi məlumatlar əldə edirik”.
Dövlət Komitəsinin sədri qeyd edib ki, əcnəbilərə övladlığa verilən azərbaycanlı uşaqların taleyində müsbət dəyişikliklər baş verir: “Uşaqların əksəriyyəti Azərbaycan vətəndaşları ilə nikahda olan əcnəbi vətəndaşlar tərəfindən övladlığa götürülüb. Azərbaycanlı uşaqlar öz tarixi ölkələri ilə daim maraqlanırlar. Məsələnin müsbət tərəfi ondan ibarətdir ki, daha çox əlil uşaqlar övladlığa götürülür. Sanki övladlığa verilən uşaqlar üçün ikinci şans yaranır. Onu da xüsusi qeyd etmək istərdim ki, bu tək Dövlət Komitəsindən asılı olan məsələ deyil. Biz bu məsuliyyəti yalnız öz üzərimizə götürmək istəməzdik. Burada məhkəmə hakiminin, icra hakimiyyəti orqanlarının da məsuliyyəti olmalıdır. Əcnəbilərə övladlığa verilmə ilə bağlı Prezident Administrasiyasına, Nazirlər Kabinetinə məlumatları göndəririk və bu məsələdə nəzarət gücləndirilib”.
MilliYol.Az
Digər xəbərlər
loading...