Şəhərdə üzərində "Müştəri ödəniş etmədiyi üçün bu reklam müvəqqəti olaraq dayandırılıb" yazılı billboardlar peyda olub.
Bu cür yazılar reklam haqqında qanunu və istehlakçı hüquqlarını pozurmu?
Məsələ ilə bağlı qaynarinfo.az Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev və Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov ilə əlaqə saxlayıb.
Azərbaycan Reklamçılar İttifaqının prezidenti Hacıəmi Atakişiyev bildirb ki, bu məslələr məhkəmə yolu ilə həll olunmalıdır: "Əgər istehlakçı pulu ödəmirsə, reklam şirkətinə üç dəfə məktub yazılmalıdır. Pul ödənməzsə, məhkəməyə müraciət edilməlidir. Reklamın üzərinə ödənişin olmaması ilə bağlı yazı vurulması qanunsuzluqdur. Bu istehlakçının hüquqlarının pozulması deməkdir".
İttifaq prezidentinin fikirincə, istehlakçı belə hallarda reklam şirkətini məhkəməyə verməlidir: "Reklam şirkəti bu cür addım atmamalıdır. Xəbərdarlıq məktubu göndərməli, pul ödənməzsə şirkət əlindəki əsasları göstərərək məhkəməyə müraciət etməlidir".
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyib ki, bu reklam istehlakçıları həm də aldadılır: "Bakı Şəhər İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Reklam və İnformasiya İdarəsi çoxlu qanunsuz işlər görür. Reklam haqqında qanunda müəssisələrin adı reklam hesab olunmur. Amma bu orqan həmin müəssisələrdən pul alır, pul vermiyəndə reklamını sökür və başqa qanunsuz hərəkət edir".
Eyyub Hüseynov bildirib ki, Bakı Şəhəri İcra Hakimiyyəti yanında fəaliyyət göstərən Reklam və İnformasiya İdarəsi qanunsuzluqlara son qoymalıdır: "Bu cür yazı anormal bir şeydir. Bu istehlakçıların hüququnun pozulması deməkdir. Pulunu verməyibsə, reklamı götürsün. Ancaq belə yazılar hətta Azərbaycanın imicinə zərər gətirir".
Bakı Şəhər İcra Hakimiyyətinin strukturu olan Reklam və İnformasiya İdarəsi ilə əlaqə saxlasaq da, telefon zənglərimizə cavab verən olmadı.
MilliYol.Az
Digər xəbərlər
loading...