Nikolas Börns
“USA Today” (ABŞ)
Tramp administrasiyasının yeni açıqlanan milli təhlükəsizlik strategiyası alyansları gücləndirmənin Amerikanın əsas məqsəd olduğunu göstərdi. Ancaq prezidentliyinin ilk ilində Donald Tramp Avropa ilə əlaqələrimizi elə günə qoyub ki, 70 il ərzində Trans-Atlantika İttifaqı ilə qırılma həddinə çatmışıq.
Tramp – İkinci Dünya müharibəsindən sonra özünü demokratik Qərbin lideri kimi qəbul etməyən ilk ABŞ prezidentidir. Onun populist “Öncə Amerika” (“America First” platforması Avropalı liderləri ilə münasibətlərdə dərin çatlar yaradıb.
O, Avropa İttifaqının strateji tərəfdaşdan daha çox iqtisadi rəqib olduğu düşüncəsindədir. Əksinə, əvvəlki ABŞ prezidentləri demokratiya, insan haqları və qanunun aliliyi kimi ümumi maraqlar naminə Avropa layihəsini güc artırıcı hesab etdilər.
Trampın Almaniya kansleri Angela Merkel və bu yaxınlarda İngiltərənin baş naziri Tereza Meyə qıcığı, avtokratik liderlər – çinli Szi Szinpin və rusiyalı Vladimir Putinini tərifləməsindən çox fərqlidir. Tramp tez-tez Merkellə müqayisədə Putinlə daha sıx əlaqə qurmağa maraq göstərir. “Brekzit” ucbatından Avropada Britaniya təsiri azaldığı üçün Berlinlə güclü kanal lazım olduğu halda, o, Vaşinqton üçün dərhal bir problem yaradır.
Tramp, həmçinin NATO-ya rəhbərlik etmək əvəzinə, onunla müharibə aparan kimi görünür. Müdafiəyə kifayət qədər maliyyə ayırmadıqlarına görə müttəfiqləri tənqid etməkdə haqlı olsa da, Amerika ictimaiyyətinin gözündə Avropanı əcinnəyə döndərməkdən çəkinməlidir. Axı, Bosniya və Kosovada müharibələri sona çatdırmaq üçün Avropa bizimlə birlikdə mübarizə apardı, bizi 11 sentyabrda tək qoymadı və üstəlik, Əfqanıstanda bizimlə birlikdə idi.
Son ABŞ prezidentləri avropalılarla iddialı və tarixi layihələr hazırladılar. Ata-Corc Buş və Bill Klinton Soyuq müharibənin sonunda yeni bir NATO ilə Rusiya ilə sülhə doğru yola çıxdı. Oğul-Corc Buş 9/11-dən sonra NATO-nu terrorla mübarizə mövzusunu qəbul etməyə razı saldı. Tramp bu baxımdan strateji əhəmiyyətə malik bir şey etməyib. NATO müttəfiqləri olaraq Polşa, Macarıstan və Çexiya onun populizminə qucaq açıb. Tramp, Con Kennedi və Ronald Reyqanın Soyuq müharibənin böhranlı anlarında təsirli şəkildə etdiyini – Avropaya olan əlaqələrimizin təməlində duran demokratik dəyərlər üçün ayağa qalxmayıb.
Trampın dörd aydır qaçqınları ABŞ-a qəbul etməkdən imtina etməsi və Suriyadan olan bütün qaçqınlara qapı bağlaması 1945-ci ildən etibarən ən ciddi qaçqın böhranı dövründə Aİ-nin təxminən bütün məsuliyyəti öz üzərinə götürməsi ilə nəticələndi. BMT-nin iki qurumundan çəkilmə, İranla nüvə və NAFTA sazişindən uzaqlaşma Avropa liderlərini çaşqınlığa sürükləyib, onlar Trampın gündəmində olan fərqlərlə razılaşmırlar.
Buna görə də, “Körber-Stiftung” Almaniya firmasının keçirdiyi yeni sorğuda almanların 88%-inin “ölkənin prioritet müdafiə ortağı ABŞ deyil, Aİ-dir” fikrində olması təəccüblü deyil.
Bu yay “Pew”-nun keçirdiyi sorğu Avropanın Vaşinqtona olan inamına bənzər bir azalma olduğunu göstərib. Çünki Tramp prezident seçiləndən almanların 62%-i Amerikaya xoşməramla yanaşmır.
Bu, Vaşinqtonun dünyanın ən böyük ticarət tərəfdaşı, iqtisadiyyatında ən böyük investor və dünyada müttəfiqlərin ən böyük toplusu olan bir qitədə Amerika təsirinin dərin itkisinə çevrilir.
Mənim nəslimə məxsus ABŞ Dövlət Departamentinin əməkdaşları Avropanın iqtisadiyyatı, təhlükəsizliyi və dəyərləri naminə özlərini Avropa ilə ittifaqın qəyyumlarını hesab etdilər. Bütün prezidentlərimiz avropalı vəzifədaşları ilə daimi ünsiyyətdə idilər. Biz Avropa ilə ittifaqı ötən əsrdə Amerikanın ən böyük nailiyyətlərindən biri kimi görürdük.
Ancaq Tramp Qərblə əlaqələrin növbəti fəslini yazmağa çox da maraqlı deyil. Bunun əvəzinə, İngiltərə ilə Amerika arasındakı xüsusi əlaqə olsa da, rəmzi qarşıdurma vəziyyətində qalırıq. ABŞ prezidentinin Kanterböri arxiyepiskopu və İngiltərə baş nazirini misli görünməmiş tərzdə rədd etməsini, Trampın İngiltərəni müsəlman əleyhdarı veb-sayta dair “tweet”ini necə başa düşəsən….
Avropa hələ də Amerika üçün vacibdir. Biz birlikdə ən mühüm qlobal təşkilatların mərkəzi təşkilatçılarıyıq. Hələ də ən güclü siyasi, hərbi və iqtisadi vahid olaraq qalırıq. Atlantikanın bu tərəfindəki sorğularda amerikalıların əksəriyyətinin NATO-nu, Avropa ilə güclü əlaqələri və azad ticarəti dəstəklədiyini göstərir, hətta prezidentimiz sükanı qətiyyətlə əks istiqamətdə döndərsə də.
Tramp dövrü mərhəmətlə sona çatdıqdan sonra Amerikanın Avropadakı strateji mövqeyini yenidən qurmaq və qlobal şöhrəti saxlamaq üçün güc və liderliyi harada tapacağımızı indidən düşünməliyik.
MilliYol.Az
Digər xəbərlər
loading...