1997-ci ildə SOCAR-ın iştirakı ilə yaradılmış “Kaspian Şipyard Kompani” MMC ləğv edilir
“Marja” Vergilər Nazirliyinin qəzetinə istinadən xəbər verir ki, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 904 ünvanına bildirə bilərlər.
Şirkətin təsisçiləri SOCAR (20%) Sinqapurun “AzərFels Pte Ltd” (75%) və Hollandiyanın “Lukoyl Europe Holdings B.V.” (5%) şirkətləridir.
“Kaspian Şipyard Kompani” 20 il müddət üçün yaradılmışdı. Bu il həmin müddət başa çatır.
“Kaspian Şipyard Kompani” bütün növ gəmilərin təmiri,modernləşdirilməsi və ya təkmilləşdirilməsi, bütün növ gəmilər üçün dizayn, mühəndislik və tikinti işlərinin yerinə yetirilməsi, bütün növ gəmilərin idarə edilməsi və istismarı, avadanlıq, mal və materialların alqı-satqısı fəaiyyətləri ilə məşğul olurdu.
MilliYol.Az
Digər xəbərlər
loading...