«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) və Amerika Birləşmiş Ştatları (ABŞ) «Koreya yarımadasında böhran halı» vəziyyətində informasiya mübadiləsi məqsədilə xüsusi kanalın yaradılması barədə razılığa gəliblər
Cənubi Koreyada nəşr olunan «JoongAng Daily» qəzetinin yazdığına görə, «qaynar xətt» hərbçilərə «kəşfiyyat məlumatlarının» mübadiləsi üçün imkan yaradacaq.
Bundan əvvəl Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurası (BMT TŞ) Pxenyana qarşı yeni beynəlxalq sanksiyalar tətbiq edib.
«Kommersant» qəzetinin yazdığına görə, qətnamə layihəsinin BMT TŞ üzvləri arasında yayılmasından əvvəl, ABŞ onu baxılmaq üçün Çinin BMT-dəki daimi nümayəndəsinə təqdim etmişdi.
Digər xəbərlər
loading...