Dekabrın 25-də axşam saatlarında Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həbs edilən Azərbaycanın keçmiş müdafiə naziri Rəhim Qazıyev 10 sutka inzibati cəza alıb. Ona bu cəza Nərimanov Rayon Məhkəməsi tərəfindən verilib və sabiq nazir Binəqədi Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasına aparılıb
Bu barədə onun yaxın dostu, hüquq müdafiəçisi Əvəz Zeynallı öz feysbuq səhifəsində məlumat yayıb.
O, “Yeni Müsavat”a açıqlamasında sabiq nazirin hansı ittihamlarla cəzalandırıldığının məlum olmadığını, lakin hansı maddə ilə cəza aldığını təxmin etdiklərini söylədi: “Nərimanov Məhkəməsinin növbətçi hissəsindən bizə bu məlumatı verdilər. Bildirdilər ki, məhkəmə tərəfindən 10 sutka verildi və göndərildi Binəqədi Rayon Müvəqqəti Saxlanma Təcridxanasına göndərildi. Görünür, mənə irəli sürdükləri 535.1 maddəsini, yəni polisin qanunu tələblərini yerinə yetirməmə maddəsini ona qarşı da irəli sürüblər. Çünki 0 maddə ilə 30 sutkaya qədər cəza nəzərdə tutulur, görünür 10 sutka veriblər. 10 sutkalığın başqa maddəsi də yoxdur. İrəli sürülən ittihamın bu olduğunu düşünmək olar. Bizə yəqin ki yaxın saatlarda vəkil Zibeydə Sadıqova məlumat verəcək. Rəhim bəyin arxasınca təcridxanaya tez-tez gedəcəm. Özünün ümumi vəziyyətinin yaxşı olduğunu da bizə dedilər. Vəkil görüşəndən sonra onun ümumi vəziyyətini biləcəyik”.
Qeyd edək ki, R.Qazıyev 1992-ci ilin martından 1993-cü il fevralına qədər Azərbaycannın müdafiə naziri vəzifəsində çalışıb. O, 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək, barəsində ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 2005-ci ildə isə R.Qazıyev əfv fərmanı ilə azadlığa buraxılıb.
Digər xəbərlər
loading...