Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının növbəti iclası keçirilib
Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Şura üzvlərinə Azərbaycan prezidenti İlham Əliyevə 2017/2018-ci tədris ili üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələri haqqında təqdim olunacaq illik hesabat barədə məlumat verilib.
Mərkəzin dövlət qulluğu sahəsində fəaliyyətinə dair hesabatın da hazırlanacağı və ölkə prezidentinə təqdim olunacağı qeyd olunub.
Digər xəbərlər
loading...