Ermənistan ordusunun əsgəri öz zabiti tərəfindən vəhşicəsinə döyülüb
Ölümcül halda hospitala aparılan əsgər əməliyyat olunub.
Ordu.az xəbər verir ki, dekabrın 22-də faktla bağlı Tavuş vilayət məhkəməsində zabit Mihran Voskanyanın işi üzrə proses keçirilib.
Voskanyan Ermənistan ordusunun Tavuş vilayətindəki hərbi hissələrindən birində komandir müavini işləyib. O, 2016-cı il dekabrın 16-da, saat 17:00-da xidməti vəzifəsini yerinə yetirən əsgər Mikayel Minasyana qarşı zor tətbiq edib.
Erməni zabit əsgər Minasyanı vəhşicəsinə döyərək ona dalağın subkapsular hematomunun qırılması, daxili qanaxma ilə nəticələnən, həyatına təhlükə yaradan xəsarətlər yetirib.
2016-cı il dekabrın 17-də Minasyan təcili əməliyyat olunub, onun dalağı götürülüb.
Voskanyana qarşı bilərəkdən sağlamlığa ağır zərər vurma, tabeliyindəki şəxsə qarşı zorakılıq etmə və ya zorakılıqla təhdid etmə maddələri ilə cinayət işi açılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...