Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) onu "qaçırmasıyla" bağlı Avropa İnsan Hüquqları Məhkəməsində (AİHM) kompensasiya tələb etmək niyyətindədir
MilliYol.Az "Report"-a istinadən xəbər verir ki, M.Saakaşvili UTX-də dindirilməmişdən əvvəl brifinqdə UTX əməkdaşlarının onu saxlayarkən cinayətkarı yaxlayırmış kimi davrandığını Peçerski Rayon Məhkəməsinin təsdiqlədiyini bildirib.
"Onlar məni evdən oğurladı, heç bir sənəd göstərmədən tək mənə yox, bir qrup insana qarşı zor tətbiq etdi", - M.Saakaşvili deyib.
Bu arada siyasətçinin vəkili Ruslan Çernolutski Saakaşvilinin bu gün UTX-dəki dindirməyə getməyəcəyini söyləyib.
Qeyd edək ki, Gürcüstanın sabiq prezidenti cinayətkar təşkilatlarının iştirakçılarına yardım göstərmək, həmçinin hakimiyyəti devirməyə yönəlmiş tədbirlərin təşkilində ittiham olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...