2017-ci ildə Bakı şəhər təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölmələrinə (ambulator) birbaşa müraciətlərin sayı 31 510 olub
APA-nın xəbərinə görə, Stansiyada ilin yekunlarına həsr edilmiş tədbirdə bildirilib ki, hospitalizasiya olunan və evdə qalan ağır xəstələr haqqında ərazi üzrə müvafiq poliklinikalara məlumat verilib.
Ümumi müraciətlərin içində bədbəxt hadisələrin sayı 24 895, hospitalizasiya 16734 olub: “Bədbəxt hadisələr zamanı xəsarət alanların çox hissəsini travmalar (zədələnmələr) təşkil edir. Travmalara məişət, nəqliyyat, istehsalat və digər zədələnmələr aiddir. Zədələnmələrin ümumi sayı 20114, hospitalizasiya 12543, bunlardan avtoqəza zamanı xəsarət alanların sayı 2363, hospitalizasiya 2058 olub. Statistik rəqəmlərə əsasən 2017-ci il ərzində Stansiyaya nəqliyyat hadisəsi səbəbindən 2363 müraciət daxil olunub. Bu hadisələr nəticəsində 2058 nəfər hospitalizasiya edilib. Ötən ilin analoji dövrü ilə müqayisədə avtoqəzaların sayında azalma müşahidə olunur. Belə ki, 2016-cı il ərzində baş verən 2430 nəqliyyat hadisələri nəticəsində 2122 nəfər hospitalizasiya edilib. Bu da avtoqəzaların sayında 67, hospitalizasiyada isə 64 halda azalma deməkdir”.
MilliYol.Az
Digər xəbərlər
loading...