Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti (FNKA AzerRos) 2018-ci ilin martında keçiriləcək prezident seçkisində Vladimir Putinin namizədliyini dəstəkləyəcək
"FNKA AzerRos"dan verilən xəbərə görə, qurumun Federal Şurasının iclasında bununla bağlı qərargahın yaradılması haqqında qərar qəbul olunub.
"Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatının qərargahını yaratmaqla təşkilat prezidentliyə namizəd Vladimir Putini tam dəstəkləməyə hazır olduğunu göstərir, çünki rusiyalıların dövlət başçısının ölkənin sabit inkişafına, beynəlxalq arenada maraqlarının qorunmasına, çoxmillətliliyin və sülhün qorunmasına yönəldilmiş kursuna olan geniş dəstəyini görürük. Rusiyanı doğma evinə çevirən bütün azərbaycanlıların prezidentliyə namizəd Vladimir Vladimiroviç Putinə dəstəyini açıq elan etmək imkanı var", - təşkilatın məlumatında deyilir.
Bildirilib ki, qərargahın tərkibində ictimaiyyət nümayəndələri, yaradıcı ziyalılar, alimlər, iş adamları olacaq.
Eyni zamanda Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyatının Federal Şurası Azərbaycanlıların regional, yerli və ictimai birliklərə müraciət edərək Vladimir Putinin namizədliyini dəstəkləməyə çağırıb.
Bundan əlavə, Rusiyanın müxtəlif bölgələrindəki Azərbaycan ictimai təşkilatlarının rəhbərləri yanvar-fevral-mart aylarında Vladimir Putinin namizədliyinin dəstəklənməsi üçün tədbirlər keçirmək niyyətindədir.
MilliYol.Az
Digər xəbərlər
loading...