Şəkidə 80 yaşlı qadın bədbəxt hadisə nəticəsində ağır yanıq xəsarətləri alıb
“ARB Şəki”dən virtualaz.org-a verilən məlumata əsasən, Oğuz rayonu Baş Daşağıl kənd sakini, 1937-ci il təvəllüdlü Xanım Soltanəliyeva Şəki rayonu Kiçik Dəhnə kəndinin inzibati ərazisində fəaliyyət göstərən fermanın həyətindəki zibil yanan quyuya ehtiyatsızlıqdan yıxılaraq ağır yanıq xəsarətləri alıb.
Şəki Mərkəzi rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Xanım Soltanəliyevaya bədəninin 2-3 dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub. Lakin həkimlərin səyinə baxmayaraq axşam saatlarında Xanım aldığı ağır yanıq xəsarətlərindən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
MilliYol.Az
Digər xəbərlər
loading...