Azərbaycanın təbii ehtiyyatları talan olunur və mənfəət bir neçə şəxsin cibinə gedir
Mingəçevir-Bəhramtəpə yolununun inşasını ciddi nöqsanlarla həyata keçirilir.
Bu barədə MilliYol.Az saytına ünvanlanan şikayəçt məktubunda bildirildir ki, yolun inşasını həyata keçirən “Polat Yol Yapı” şirkəti yol çəkilişi zamanı mövcud layihədən kənara çıxır, işləri keyfiyyətsiz aparır və yolun çəkilişi zamanı ətraf mühitə ziyan vurur. Bunun əsas səbəbi isə Mingəçevir-Bəhramtəpə yolununun inşası üçün ayrılan vəsaitin bir qisminin mənimsənilməsidir.
Xatırladaq ki, Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında imzalanmış borc sazişi əsasında həyata keçirilən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunun ümumi uzunluğu 154,4 kilometrdir. Yolun inşasını isə Türkiyənin “Polat Yol Yapı” şirkəti həyata keçiri r. Hazırda yeni çəkilən yolun Beyləqan rayonundan keçən hissəsində işlər davam etdirilməkdədir.
Bundan öncəki yazımızda Gəncə-Bəhrəmtəpə yolunun tikintisini həyata keçirən “Polat Yol Yapı” şirkətinin yolun tikintisi zamanı Qarqar çayının yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar etməsi barədə ciddi ittihamların səsləndirildiyini vurğulamışdıq. Həmin yazımızda şirkətin Qarqar və Tərtər çaylarının ətrafında istismar etdiyi ərazilərlə bağlı hər hansı bir sənədinin olmadığı, sadəcə yolun ərazisindən keçdiyi Rayon İcra Hakimiyyətlərinin (Beyləqan, Ağcabədi və Bərdə) və Fövqaladə Hallar Nazirliyinin regional şöbəsinin “hesabı”nı verməklə dövlətin yeralltı sərvətini taladığı iddia olunurdu. Ölkəmizdəki qanunlara görə yeraltı təbii sərvətlərin istismarı yuxarıda qeyd etdiyimiz nazirliyin rəsmi icazəsi əsasında həyata keçirilməlidir. Fövqaladə Hallar Nazirliyinin icazəsindən sonra isə dövlət büdcəsinə qanunda göstərildiyi miqdarda vəsait köçürülməlidir. Bundan sonra icazə əsasında təyin edilmiş ərazidən qum, çınqıl materiallarının daşınması olar.
“Polat Yol Yapı” şirkətinin Gəncə-Bəhrəmtəpə yolunun tikintisi zamanı bəzi vəzifəli şəxslərlə birləşərək Azərbaycanın yeraltı sərvətlərindən qanunsuz istifadə etməsi, eləcə də, büdcədən yayınması barədə saytımıza yeni məlumatlar daxil olub.
MilliYol.az-a daxil olan məlumatda bildirilir ki, “Polat Yol Yapı” şirkəti Beyləqan rayon Binnətli kənd bələdiyyəsinin ərazisində yerləşən torpaq sahəsindən dövlətin yeraltı sərvətini talanır. Saytımıza verilən məlumata görə Binnətli kənd bələdiyyəsinin ərazisi “Texnikabank”ın Beyləqan filialının keçmiş müdiri Bulud Aslanovun adına sənədləşdirilərək, ərazidən çıxarılan min tonlarla qum, çınqıl matrealları Bəhrəmtəpə-Mingəçevir yolunu təmir edən “Polat Yol Yapı” şirkətinə satılıb.
Apardığımız araşdırmada məlum oldu ki, Bulud Aslanovun qum, çınqıl satışında əsas şəriki Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevdir. Belə ki, Binnətli kənd bələdiyyəsinin ərazisi məhz Vaqif Abdullayevin göstərişi ilə qısa zaman ərzində Bulud Aslanovun adına sənədləşdirilib və ərazidən yeraltı sərvət çıxarılmağa başlayıb. “Polat Yol Yapı” şirkətində adının açıqlanmasını istəməyən mənbəmizin iddiasına görə Bulud Aslanovun ərazisindən ümumilikdə 1 milyon manatdan çox qum, çınqıl matrealları çıxarılaraq alınıb. Həmin vəsaitin yarı hissəsi Beyləqan rayon icra başçısı Vaqif Abdullayevə, bir hissəsi Bulud Aslanova çatıb.
Məlumatda bildirilir ki, Bulud Aslanov qanunsuz karyerə görə FHN və ETSN regional şöbələrina hər ay “hesab” verirmiş.
Bildirək ki, hazırda Bulud Aslanova məxsus ərazidən qum çınqıl çıxaırlması işi bitib. Çünki 3 hektarlıq ərazidəki sərvəti 9 ay ərzində talayan “Polat Yol Yapı” indidə Ağcabədi rayon Qarqar çayı ətrafında lövbər salıb. Qarqar çayı ətrafından çıxarılan qum, çınqıl matreallarına görə isə Ağcabədi rayon İcra Hakimiyyətinin başçısına “hesab” verildiyi deyilir.
Qarşı tərffin mövqeyini dərc etməyə hazırıq.
MilliYol.Az
Digər xəbərlər
loading...