Mayın 9-u Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri növbəti telefon danışığı zamanı Dağlıq Qaprabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı müzakirə aparıblar.
Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, onlar hazırkı mərhələdə ATƏT-in Minsk Qrupunun atacağı mümkün addımlar barədə danışıblar.
Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə həlli üçün yaradılan Minsk Qrupunun Rusiya, ABŞ və Fransa tərəfindən üç həmsədri var. Amma buna baxmayaraq, problemin müzakirəsində, nədənsə Avropa Birliyini təmsil edən Fransanın fəallığı görünmür.
Politoloq Şahin Cəfərli Sputnik-ə açıqlamasında bildirib ki, bunun səbəbi Avropa Birliyi ilə Amerika arasında mövcud olan fikir yaxınlığıdır: "Lakin buna baxmayaraq, məsələdəki aparıcı rol Rusiyaya məxsusdur. Ümumiyyətlə, Dağlıq Qarabağ probleminin həlli prosesində aparıcı rol Rusiyaya məxsusdur. Belə görünür ki, istər Amerika, istərsə də Avropa Birliyi bu məsələdə Rusiyanın aparıcı rolunu qəbul edir. Yəni digər konflikt zonalarına münasibətdən fərqli olaraq, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiya ilə Qərb arasında rəqabət yoxdur, əksinə, həmrəylik və əməkdaşlıq mövcuddur".
"Avropa Birliyi bir çox xarici siyasət məsələsində Amerika ilə eyni mövqedən çıxış edir və onlar bu cür məsələlərdə Amerikanın əsas rolunu qəbul edirlər. Dağlıq Qarabağ məsələsinə münasibətdə də Avropa Birliyi ilə Amerika arasında bir koordinasiya var və hər-hansı fikir ayrılığı yoxdur", - siyasi şərhçi bildirib.
Politoloq Tofiq Abbasovun sözlərinə görə isə, Fransa Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində zəiflik göstərmir: "Onların arasında, biz gördüyümüz, mətbuata xüsusi şəkildə təqdim olunan formatlardan başqa, həm də işçi formatlar var. Yəni bu, ictimai şəkildə əks olunmasa belə, əslində Fransa bu prosesdə iştirak edir və heç vaxt da özünü kənarlaşdırmır".
Onun sözlərinə görə, Qarabağ probleminə Fransanın həm marağı və diqqəti, həm də həmsədr kimi iştirakının çərçivəsi müəyyən olunub: "Demək olmaz ki, Fransa bu işdə zəiflik göstərir və onun mövqeyi passivdir. Bu, belə deyil. Fransa dövləti beynəlxalq proseslərdə kifayət qədər fəaldır. Qarabağ məsələsinə gəldikdə də, Fransanın öz yanaşması və diqqəti var. O, bu prosesdə iştirak edir".
Qeyd edək ki, Avropa Birliyinin Fransa qismində fəaliyyətini görə bilməsək də, bu günə kimi Minsk Qrupunun fəaliyyətinin heç bir nəticə vermədiyi heç kəsə sirr deyil.
"Milli Yol"
Digər xəbərlər
loading...