Xəbər verdiyimiz kimi, Göyçay Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mübariz Ağayev yeni vəzifəyə təyin olunub. Belə ki, o, Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini təyin edilib. M.Ağayev nazirliyin Texniki siyasət şöbəsinin müdir müavini vəzifəsində çalışacaq.
MilliYol.Az xatırladır ki, Mübariz Ağayev təxminən bir ay əvvəl prezidentin sərəncamı ilə vəzifədən azad edilmişdi. Kənd təsərüfatı naziri Heydər Əsədovun qudası olan keçmiş başçının işdən azad olunduğu gündən nazirlikdə vəzifə alacağı deyilirdi. Düzdü, Mübariz Ağayev israrla xəbəri təkzib edirdi. Amma qudasının onu işsiz qoymayacağı dəqiq idi. Beləliklə, nazir prezidentin cəmi bir ay əvvəl işdən çıxartdığı qudasına yeni vəzifə verməklə onun işsiz günlərinə qoymuş oldu.
Başqa bir maraqlı məqam isə ondan ibarətdir ki, Mübariz Ağayev işdən çıxarılandan sonra bunun öz istəyi olduğunu qeyd etmişdi. Səhhətində problemlərin olduğunu deyən keçmiş icra başçısı işdən azad olunması ilə bağlı prezidentdən xahiş etdiyini bildirmişdi. Maraqlıdı, bir ayda nə baş verdik ki, Mübariz Ağayevin səhhəti düzəldi və yenidən yüksək vəzifəyə təyinat aldı?
MilliYol.Az
Digər xəbərlər
loading...