Gələn il Azərbaycanda dövlət büdcəsindən Prezidentin Ehtiyat Fonduna 304 milyon manat ayrılacaq
Bu barədə “2018-ci il dövlət büdcəsi haqqında” qanundan məlum olur.
Xatırladaq ki, bu il sözügedən məbləğin 200 milyon manat olması nəzərdə tutulub. Başqa sözlə, dövlət başçısının Ehtiyat Fondunun büdcəsi 104 milyon manat və yaxud 52% artırılıb.
Qeyd edək ki, Prezident Ehtiyat Fondundan yolların, binaların təmirinə, infrastruktur işlərinin görülməsinə vəsait ayırır.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaitinin həcmi dövlət büdcəsi gəlirlərinin 2 faizindən çox olmamaqla müəyyən edilir. Bu Fondun vəsaiti ölkənin sosial-iqtisadi həyatında mühüm əhəmiyyət kəsb edən tədbirlərə yönəldilir.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti ölkədə seçkilərin və referendumların keçirilməsinə, habelə Azərbaycan Respublikası Prezidentinin fəaliyyətinin təbliği məqsədilə xərclənə bilməz.
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti müvafiq icra hakimiyyəti orqanının sərəncamları ilə müəyyən edilmiş xərclərin maliyyələşdirilməsinə istifadə olunur.
Prezidentinin Ehtiyat Fondundan maliyyələşən müvafiq sosial-iqtisadi layihələrin icrası cari büdcə ilindən artıq vaxt tələb etdiyi təqdirdə, həmin layihələrin maliyyələşdirilməsi üçün ayrılmış vəsaitlərin istifadəsi növbəti büdcə ilində də davam etdirilə bilər.
Əks halda bu vəsaitlərin istifadə müddəti müvafiq büdcə ilinin sonunda başa çatır. /”Renkinq”
MilliYol.Az
Digər xəbərlər
loading...