Bərdənin dağıdıcı fiqurları: “Leksus”la adam öldürən Zaur Bəylərovla 3 milyon yemiş “JEK” rəisi “Land Kruiser” alıb
Bərdənin icra başçısı Vidadi İsayev sanki destruktiv komanda formalaşdırıb
Onun rəhbərliyi dövründə əksər məmurlar sosial gərginliyi körükləməklə məşğul olub.
Bu yarıtmaz komanda həm icra başçısının adını yuxarılarda rüsvay edir, həm də rayon camaatı arasında narazılıq yaradır.
Dekabrın 10-da Bərdə RİH-nin Ərazi İdarəetmə Orqanları ilə İş üzrə Şöbə müdiri Zaur Bəylərovun 200 minlik "Leksus" markalı avtomobillə törətdiyi ağır qəzada 1 nəfərin ölməsi, 2 nəfərin yaralanması azmış kimi, Rayon Mənzil-Təsərrüfat Birliyinin sədri Rauf Məmmədov da V.İsayevin adını batırır.
MTB rəisi icra başçısının dağıdıcı fiqurlarından biri olmaqla yanaşı sakinlər tərəfindən ən çox narazılıq edilən məmurdur.
Sonuncu dəfə dövlət tərəfindən adıçəkilən quruma 85 min manat vəsait ayrılıb. Lakin ayrılan vəsaitin hara xərclənməsi tamamilə sual altındadır.
Bu vəsait ayrılandan sonra, R.Məmmədov özünə “Land Kruiser” markalı, 90-190 dövlət nömrə nişanlı avtomobil alıb.
Bundan başqa, bu vaxta qədər ayrı-ayrı vaxtlarda ümumilikdə ayrılmış 3 milyon manat dövlət vəsaiti də dağıdılaraq, R.Məmmədovun şəxsi həyatına, təmtəraqlı şəraitinə sərf olunub.
R.Məmmədov Mənzil-Təsərrüfat Birliyinə dövlət vəsaitinin ayrıldığı gündən bir müddət sonra alıb. Həmçinin, Tərtər rayonunda öz ata yurdunu sökdürərək yerində ecazkar bir villa tikdirib.
Arazmedia.az məsələ ilə bağlı R.Məmmədovla əlaqə saxlayıb. “JEK” rəisi çaşqın halda danışaraq icra başçısı Vidadi İsayevə hər ay 5000 manat rüşvət verdiyini etiraf edib.
O, başçının göstərişi ilə “JEK”in 4 işçisini qanunsuz və əsassız olaraq işdən azad etdiyini, onların maaşını V.İsayevə verdiyini söyləyib.
Hətta həmin işçilərə məhkəmədə uduzduğunu belə dilindən qaçırıb. O da deyilir ki, R.Məmmədov Z.Bəylərovla əlbir olaraq 3 milyon manat mənimsəyib.
Palitika.Az xəbər verir ki, Bərdədə dövlətin pulunu talayan, əhalini qəzəbləndirən məmur korpusundan ölkə mediası sərhasər yazır.
Mətbuat real faktlara söykənərək materiallar dərc edir. Faktiki olaraq Z.Bəylərovun qəza törətməsi və adam ölməsi faktı rəsmi şəkildə təsdiqlənib.
R.Məmmədovun da 3 milyonu onunla yeyərək ev-eşik, mal-mülk, bahalı maşın sahib olması fotolarda öz əksini tapıb.
V.İsayevin belə bir komanda ilə işləməsinin iki səbəbi ola bilər: ya Z.Bəylərov və R.Məmmədovun əməllərindən xəbəri var, onun özünə də qazanc gətirirlər, ya da bu məmurları daha yüksək ranqlı vəzifəli şəxslər himayə edirlər.
Fakt budur ki, prezidentin təyin etdiyi icra başçısı Bərdədə bərbad komandası ilə narazılıq yaradır və etirazlara səbəb olur.
Dövlət başçısı bildirib ki, icra hakimlərini özü təyin edir, xalqla işləməyi tapşırır. Onlar isə özbaşınalıq edirlər. Bu gedişat göstərir ki, V.İsayevin vəzifədən çıxarılması vaxtı yetişib.
Çünki haqsızlıq, özbaşınalıq, talançılıq, ölüm halları, şikayətlərə baxılmaması, köçkünlərə, şəhid ailələrinə, yerli sakinlərə qarşı laqeydlik partlayış həddinə çatıb.
Seçkiqabağı bir əyalətdə belə vəziyyətin finalı sosial partlayışla nəticələnə bilər. Bunun yeganı yolu Bərdə rayonunda icra hakimiyyəti başçısı postuna gənc, savadlı kadrın yerləşdirilməsidir.
V.İsayev isə ağırlaşmaqda olan vəziyyəti dəyişmək istəyirsə, vəzifədə qalmaq planı varsa, komandasını yeniləməlidir, Z.Bəylərovu, R.Məmmədovu və s. məmurları əvəzləməlidir.
İndiyə qədər məsuliyyətə cəlb olunmayan, həbs edilməli halda işə çıxan, bələdiyyələrə, icra nümayəndələrinə göstəriş verməkdə davam edən Z.Bəylərovun dövlət rəhbərliyi tərəfindən cəzalandırılacağına ümid olunur.
Bərdə ictimaiyyəti sual edir ki, general Novruzəli Orucovun oğlu Rüstəm avtobus şoferinə vurduğu bir silləyə görə bağışlanmadı.
Atası işdən qovuldu, özünə isə 6 il həbs cəzası verildi. Yəni, bu məmur balasının qudurğan hərəkətinə görə cəzası ağır oldu. Di gəl ki, həmin hadisədə ölüm-itim də yox idi.
Eyni zamanda Baş nazirin müavini Əli Həsənovun nəvəsi Nailin iki nəfərin ölümünə səbəb olması ilə bərabər məhkəmə çıxışlarında əməlindən peşman olduğunu deməsi, Ə.Həsənovun ölənlərin ailələrini ziyarət etməsi, bütün maddi xərcləri üzərinə götürməsi müəyyən qədər anlayışla qarşılandı.
Bərdə ictimaiyyəti sual edir ki, bir nəfərin öldüyü, birinin ölüm ayağında olduğu ağır qəzadan sonra Z.Bəylərov nə vəzifəsindən çıxarılıb, nə həbs edilib.
MilliYol.Az
Digər xəbərlər
loading...