Azərbaycanın vergilər naziri Mikayıl Cabbarov bir sıra təyinatlar edib
“Report” xəbər verir ki, nazir özünə iki müşavir və köməkçi təyin edib.
Məlumata görə, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər.
C.Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.
M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub.
C.Muxtarova M.Cabbarovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.
MilliYol.Az
Digər xəbərlər
loading...