İsraildən gələn son dəqiqə xəbəri, başda Bitcoin olmaqla son dövrdə gündəmdən düşməyən kriptovalyutalara investisiyalara mənfi təsir edə bilər
İsrail Kapital Bazarları Palatasının (ISA) sədri Shmuel Hauser, gələn həftə bir təklifi müzakirə edəcəklərini bildirib.
“Marja” xəbər verir ki, tklifə görə, kriptovalyutalar ilə əlaqəsi olan şirkətlərin Təl-Əviv Birjasında (TASE) listinqə qəbul edilməyəcək, mövcud olanlar isə indeksdən çıxarılacaqdır. Səbəbi isə Bitcoin və digər coin qiymətlərinin həddindən artıq dalğalanması və qeyri-müəyyənlik səbəbindən investorların zərər görməməsi kimi göstərilir.
“Bitcoin qiymətləri maliyyə “köpüyü” təəssüratını verir və investorların belə bir volatil və qeyri-müəyyənlik içərisində olmasını istəmirik. İnvestorların mövqeyimizi bilməsi lazımdır və bazara da bir mesaj verilməsi önəmlidir”,- Palatanın sədri deyib.
Qeyd edək ki, Bitcoin qiymətləri ötən həftə 20 min dollar sərhədini test etmiş, lakin sonra kəskin azalma ilə 12 min dollara düşmüşdü. 40 faiz ucuzlaşmadan sonra Bitcoin-un qiyməti 13-15 min dollar aralığındadır.
Digər xəbərlər
loading...