Bu gün cəsur komandir, igidlik, mərdlik vətənpərvərlik nümunəsi olan Raquf Orucovun doğum günüdü.
2016-cı ilin aprel döyüşlərində şəhid olan igidimiz Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində keçirilən "Qarabağ" - "Düdelanj" matçında yad edildi.
Belə ki, "İmarət" azad azarkeş qrupu Raquf Orucovun parça üzərinə həkk olunmuş şəklini açdı.
Şəhidimiz bu gün Sumqayıtda da unudulmamışdı. Doğulduğu şəhərdə sıravi vətəndaşdan tutmuş şəhər rəhbərliyinə, idman ictimiayyətinin məşhur simalarından ictimai-siyasi təşkilatların nümayəndələrinə qədər hər kəs qəhrəman şəhidimizin məzarı başında idi. Amma...
...Hərbi formanı əyninə geyindiyi gündən adından söz etdirən, düşmən əsgərinə qan utduran, ölümündən sonra belə adı gələndə hər kəsin ayağa qalxdığı QƏHRƏMAN Raquf Orcucova hələ də Milli Qəhrəman adı verilməyib.
Raquf Orucov müasir Azərbaycan tarixinin ən parlaq qəhrəmanlarından biridi. Aprel döyüşlərində topaqlarımızın müdafiəsi və tabeçiliyində olan əsgərlərin təhlükəsizliyi naminə öz həyatını ortaya qoyan qəhrəman komandirin adı bu gün hər kəsin dilində dolaşır. Və inanırıq ki, hər bir vətəndaşımızın Milli Qəhrəman hesab etdiyi şəhidimizə tezliklə layiq olduğu AD veriləcək. Çünki Raquf Orcov kimi qəhrəmanlar unudulmur, unudula bilməz. Vətəndaş olaraq bizim buna haqqımız yoxdu. Öz əsgərlərini - sıravi Azərbaycan övladlarını qorumaq naminə canını qurban vermiş bu qəhrəmanımızı və qəhrəmanlarımızı unutmaq dünənimizə, bu günümüzə, sabahımıza və tariximizə xəyanətimizdi.
Raquf Orucov unudulmayacaq qəhrəmanlarımızdan biridi. Onu unutmaq, ona layiq olduğu dəyəri verməmək millət olaraq bizim günahımız, milli kimliyimizə xəyanətimiz olacaq...
Pərvin Kazımoğlu
MilliYol.Az
Digər xəbərlər
loading...