Ucarda fərdi yaşayış evi yanıb
APA-nın yerli bürosunu xəbərinə görə, hadisə bu gün axsam saatlarında rayonun Qarabörk kəndində baş verib. Rayon sakini, 1967-ci il təvəllüdlü Rais Əlsurət oğlu Məmmədova məxsus 1 mərtəbəli, 2 otaq və zaldan ibarət evdə güclü yanğın baş verib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 120 kvadratmetr olan ev əşyaları ilə birlikdə yanıb.
Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı yaşayış evləri və digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı 54 yaşlı Ünbilbani Məlik qızı Məmmədova və 2 yaşlı Turan Azad oğlu Əhmədli yanıq xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Digər xəbərlər
loading...