Rusiya və S.Ərəbistanının neft hasilatının azaldılması ilə bağlı 30 noyabr 2016-cı il anlaşmasını 2018-ci ilin sonuna qədər uzatması neft qiymətlərinə dəstək verəcək
Bu barədə "TASS" agentliyi analitiklər arasında apardığı sorğuya əsasən məlumat verib.
Sorğuda müəyyən olunub ki, ekspertlərin fikrincə, 2018-ci ildə neft qiymətləri 60 dollar/bareldən baha satılacaq, bəzi hallarda isə 70 dollar/barelə qədər yüksələcək.
"Fitch" beynəlxalq reytinq agentliyinin korporativ maliyyə üzrə baş direktoru Maksim Edelsona (Maxim Edelson) görə, 2018-ci ildə ABŞ-ın neft hasilatı 10,3 mln. barel/günə qədər yüksələrək rekord müəyyənləşdirə bilər. Bununla yanaşı, Braziliya və Kanadada hasilatın 2018-ci ildə artması gözlənilir. Edelson qeyd edib ki, Agentliyin proqnozlarına görə, 2018-ci ildə inkişaf etmiş ölkələrin neft ehtiyatları 2017-ci illə müqayisədə 1,5% və ya 43 mln. barel arta bilər. ABŞ-ın neft ehtiyatlarında son zamanlar müşahidə olunan azalma isə Meksika körfəzindəki qasırğa ilə bağlı olub.(report)
Digər xəbərlər
loading...