Çempionlar Liqasının II təsnifat mərhələsinə start verilib. MilliYol.Az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da ilk avrokubok matçına çıxıb.
Qurban Qurbanovun başçılıq etdiyi komanda Lüksemburqun “Düdelanj” klubunu qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun Azərbaycan çempionunun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Riçard Almeyda 10-cu dəqiqədə penaltidən hesabı açdığı oyunun 27-ci dəqiqəsində dubl edib.
Artıq iki dəfə Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın bu dəfəki hədəfi Çempionlar Liqasının qrup mərhələsidi. Qurban Qurbanovun yetirmələri üçün bu yolda ilk maneə olan “Düdelanj” səddini keçib.
Çempionlar Liqası
II təsnifat mərhələsi
İlk oyun
12 iyul
Qarabağ (Azərbaycan) - Düdelanj (Lüksemburq) 2:0
Qollar: Riçard Almeyda, 10-pen; 27.
Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel Madera, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov (k), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 9. Reynaldo, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 91. Coşqun Dinyev.
Baş məşqçi: Qurban Qurbanov.
Düdelanj: 1. Conatan Hubert (k), 5. Tom Şnell, 8. Mario Pokar, 9. Daniel da Mota, 19. Rodrige Dikaba, 21. Dominik Ştolts, 25. Kevin Nakaş, 26. Cerri Prempe, 27. Brayan Meliss, 29. Kevin Malje, 77. David Turpel.
Ehtiyat oyunçular: 33. Co Frizinq, 2. Kleyton Moreyra, 7. Sanel İbrahimoviç, 10. Yassin Ben-Aciba, 22. Stelviu, 30. Aleksandr Lorente, 99. Momar N`Diay.
Baş məşqçi: Dino Topmöller.
Hakimlər: Orel Qrinfild, Danni Krasikov, İdan Yarkoni, Menaşe Masiah (İsrail).
Hakim-inspektor: Zdravko Yokiç (Serbiya).
UEFA nümayəndəsi: Vladimir Çorno (Ukrayna).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
MilliYOl.Az
Digər xəbərlər
loading...